18 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Özbəkistan Azərbaycanla birgə investisiya fondunun yaradılması haqqında sazişi təsdiqləyib

Özbəkistan prezidenti Şavkat Mirziyoyev Azərbaycanla kapitalı 500 milyon dollar olan birgə investisiya fondunun yaradılması haqqında hökumətlərarası sazişi təsdiqləyib.

vergiler.az” Özbəkistan mətbuatına istinadən xəbər verir ki, fərmana əsasən, sənədin icrası üçün məsul orqan İnvestisiyalar, Sənaye və Ticarət Nazirliyi (İSTN) təyin edilib.

Özbəkistan tərəfindən investisiyalar, sənaye və ticarət naziri Ləziz Kudratov və Strateji İnkişaf Agentliyinin baş direktoru, Yenidənqurma və İnkişaf Fondunun icraçı direktoru Şuxrat Vafayev investisiya fondunun direktorlar şurasının üzvləridir.

Fondun kapitalında Azərbaycanın payı 75%, Özbəkistanın payı 25% təşkil edəcək. İki ay müddətində İSTN-ə ölkənin cari ilin dövlət büdcəsi haqqında qanuna dəyişiklik etmək tapşırılıb.

VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu? Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir? VergiVergi uçotunda olmayan fiziki şəxsdən əsas vəsaitin alışını elektron alış aktı ilə rəsmiləşdirmək mümkündürmü? VergiQeyri-rezidentə ödənilən xidmət haqqından hansı vergilər tutulur? VergiNaxçıvandakı fərdi sahibkara hansı formada vergi güzəştləri tətbiq edilir? VergiYerli qrantlar hesabına idxal olunan mallara görə ƏDV necə hesablanıb tutulur? VergiSuvenir və qızıl satışı ilə məşğul olan fiziki şəxs sadələşdirilmiş vergi ödəyicisi ola bilərmi?