12 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Milli Məclis “Dövlət satınalmaları haqqında” qanun layihəsini ikinci oxunuşda qəbul edib

Milli Məclisin növbədənkənar sessiyasının plenar iclasında “Dövlət satınalmaları haqqında” yeni qanun layihəsi ikinci oxunuşda müzakirə olunub.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən “vergiler.az”a verilən məlumata görə, iclasda Dövlət Xidmətinin nümayəndələri Milli Məclisin deputatlarının yeni qanun layihəsi barədə suallarını cavablandırıb, müvafiq izahatlar verilib.

Sonda “Dövlət satınalmaları haqqında” yeni qanun layihəsi səsverməyə çıxarılaraq ikinci oxunuşda qəbul edilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 28.04.2016-cı il tarixli 888 nömrəli Fərmanına uyğun olaraq qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanan "Dövlət satınalmaları haqqında" yeni qanun layihəsi 10 fəsil və 59 maddədən ibarətdir.

“Dövlət satınalmaları haqqında” yeni qanun büdcə vəsaitlərindən istifadə zamanı ictimai nəzarətin artmasına, ölkədə biznes mühitinin əlverişliliyinə və rəqabətə davamlı iqtisadiyyatın inkişafına əhəmiyyətli töhfə verəcək.

Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir? VergiVergi uçotunda olmayan fiziki şəxsdən əsas vəsaitin alışını elektron alış aktı ilə rəsmiləşdirmək mümkündürmü? VergiQeyri-rezidentə ödənilən xidmət haqqından hansı vergilər tutulur? VergiNaxçıvandakı fərdi sahibkara hansı formada vergi güzəştləri tətbiq edilir? VergiYerli qrantlar hesabına idxal olunan mallara görə ƏDV necə hesablanıb tutulur? VergiSuvenir və qızıl satışı ilə məşğul olan fiziki şəxs sadələşdirilmiş vergi ödəyicisi ola bilərmi? VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu? VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi? VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi?