25 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq istiqamətləri müzakirə olunub

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq istiqamətləri müzakirə olunub

İqtisadiyyat naziri Mikayıl Cabbarov Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə missiya rəhbəri Anna Bordonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazir Azərbaycanın beynəlxalq maliyyə qurumları ilə əməkdaşlığının çoxşaxəli olduğunu qeyd edib, ölkəmizdə qabaqcıl beynəlxalq təcrübənin və texnoloji yeniliklərin tətbiqi baxımından əlaqələrin genişləndirilməsinin əhəmiyyətindən bəhs edib.

Mikayıl Cabbarov ölkəmizin makroiqtisadi göstəriciləri və proqnozlar, struktur islahatları nəticəsində əldə edilmiş irəliləyişlər, vergi siyasəti və inzibatçılığı sahəsində reallaşdırılan islahatlar barədə məlumat verib.

Anna Bordon Azərbaycanda aparılan iqtisadi islahatların bir çox beynəlxalq maliyyə qurumları tərəfindən dəstəkləndiyini, həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində əldə olunan uğurları vurğulayıb, tərəfdaşlığa dair fikrilərini bölüşüb.

Tərəflər əməkdaşlığın istiqamətləri və gündəlikdəki məsələlər barədə müzakirə aparıblar.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?