25 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Sənaye parklarına 400 milyon dollaradək investisiya qoyulacaq

Sənaye parklarına 400 milyon dollaradək investisiya qoyulacaq

İqtisadiyyat naziri Şahin Mustafayev sahibkarlarla görüşdə vurğulayıb ki, ölkədə sahibkarlığın dəstəkləndirilməsi və özəl investisiyaların təşviqi üçün vergi inzibatçılığı sahəsində köklü islahatlar aparılıb, son dövrlərdə vergitutma optimallaşdırılıb. Dövlət vergi orqanlarının fəaliyyəti daha da müasirləşdirilib, vergi ödəyiciləri ilə mütərəqqi işgüzar münasibətlər formalaşıb: "Vergi Məcəlləsində mühüm dəyişiklər edilib. Özəl sektorda əməkhaqqından gəlir vergisinin yükü azaldılıb, sadələşdirilmiş verginin dərəcəsi aşağı salınıb. İnnovasiya fəaliyyəti üzrə işləyən startaplar 3 il müddətinə gəlir və mənfəət vergisindən, mikro sahibkarlar isə gəlir vergisinin 75 faizlik hissəsindən, kiçik, orta biznes klaster şirkətləri 7 il müddətinə mənfəət, torpaq və əmlak vergisindən, idxal etdikləri avadanlıqlara görə ƏDV-dən azad ediliblər".

İqtisadiyyat Nazirliyi bu günə qədər yeni qaydalarda sahibkarlara 1000-ə yaxın lisenziya verib. Ş.Mustafayev qeyd edib ki, sənaye parklarında yaradılan 43 müəssisədən 23-ü işə başlayıb. Rezidentlər indiyədək sənaye parklarına 3,3 milyard manat investisiya yatırıblar. 9 minədək iş yeri yaradılıb. İndiyədək sənaye parklarında 1 milyard 360 milyon manat dəyərində məhsul istehsal edilib. Növbəti mərhələdə 400 milyon dollaradək investisiya qoyuluşu, 1600-dən artıq yeni iş yerlərinin açıqlamsı planlaşdırılır.

Nazirin sözlərinə görə, Azərbaycanın sənaye məhəllələrində qeydiyyatdan keçmiş 36 iştirakçının hesabına ümumilikdə 140 milyon manata yaxın investisiya yatırılması, 2 minə qədər yeni iş yerinin yaradılması nəzərdə tutulur. Artıq sənaye məhəllələrində 21 müəssisə istehsal fəaliyyətinə başlayıb, bu il daha 15 müəssisə də istehsala başlayacaq.


Fərqanə ALLAHVERDİQIZI

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?