19 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İxrac səbətində yüksək dəyərli məhsulların çəkisi artacaq

“Nazirlər Kabinetinin “Malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”na 2023-cü il 10 aprel tarixində etdiyi dəyişiklik sənayenin bütün sahələrinə təsir edəcək, ancaq bundan daha çox tekstil, qablaşdırma sənayesinin təmsilçiləri, xüsusilə də uniformaların tikilməsi və ixracı ilə məşğul olan şirkətlər faydalanacaqlar”.

Bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-nun icraçı direktorunun müşaviri Tural Hacılı deyib.

Onun sözlərinə görə, bu dəyişiklik edilənə qədər emalla məşğul olan istehsalçılar xammal və yarımfabrikatları idxal etdikləri zaman müəyyən vergi və rüsum ödədiklərindən qiymət baxımından digər ölkələrin istehsalçılarına nisbətən daha az rəqabətqabiliyyətli olurdular. Daxildə emal xüsusi gömrük proseduru ilə bağlı son dəyişiklikdən sonra isə istehsalçılar daha rəqabətqabiliyyətli məhsul təklif edə biləcəklər: “Bu da, sözsüz ki, ölkə daxilində istehsalın genişlənməsinə səbəb olacaq və ixrac səbətində daha yüksək dəyərli məhsulların çəkisinin artmasına gətirib çıxaracaq”.

İlhamə İSABALAYEVA

VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu? Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir? VergiVergi uçotunda olmayan fiziki şəxsdən əsas vəsaitin alışını elektron alış aktı ilə rəsmiləşdirmək mümkündürmü? VergiQeyri-rezidentə ödənilən xidmət haqqından hansı vergilər tutulur? VergiNaxçıvandakı fərdi sahibkara hansı formada vergi güzəştləri tətbiq edilir? VergiYerli qrantlar hesabına idxal olunan mallara görə ƏDV necə hesablanıb tutulur? VergiSuvenir və qızıl satışı ilə məşğul olan fiziki şəxs sadələşdirilmiş vergi ödəyicisi ola bilərmi?