25 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Rumıniyanın energetika naziri ilə görüş keçirilib

Rumıniyanın energetika naziri ilə görüş keçirilib

İqtisadiyyat naziri Mikayıl Cabbarov Rumıniyanın energetika naziri Virgil Daniel Popesku ilə görüşüb.

Nazirlikdən “vergiler.az”a verilən məlumata görə, nazir Rumıniya ilə əlaqələrin uğurla inkişaf etdiyini, əməkdaşlığın genişləndirilməsində qarşılıqlı səfərlərin, keçirilən görüşlərin əhəmiyyətini vurğulayıb. Bildirilib ki, Azərbaycan-Rumıniya iqtisadi-ticarət tərəfdaşlığı genişlənir, iqtisadi tərəfdaşlığın əsas istiqamətlərindən olan ticarət əlaqələrinin inkişafı nəticəsində ticarət dövriyyəsi artır. Bununla belə, ölkələrimiz arasında enerji, nəqliyyat-tranzit, sənaye və s. sahələrdə əməkdaşlığın inkişafı imkanları böyükdür. Nazir iki ölkənin biznes subyektlərinin qarşılıqlı faydalı əməkdaşlığını, SOCAR-ın Rumıniyada səmərəli fəaliyyətini qeyd edib.

Virgil Daniel Popesku ölkəsinin Azərbaycanla əməkdaşlığa önəm verdiyini, son zamanlar əlaqələrin daha da intensivləşdiyini qeyd edib, birgə iqtisadi layihələrin həyata keçirilməsinin perspektivləri barədə fikirlərini bölüşüb.

Tərəflər iqtisadiyyatın müxtəlif sahələri, o cümlədən energetika sahəsində əməkdaşlığın gücləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?