26 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Böyük Britaniya Ticarət Palatasının aylıq görüşü keçirilib

Bakıda Britaniya Ticarət Palatasının aylıq görüşü keçirilib. Tədbirdə çıxış edən iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev bildirib ki, Azərbaycan ilə Böyük Britaniya arasında strateji tərəfdaşlıq, qarşılıqlı etimad və ümumi dəyərlərin möhkəm təməli üzərində qurulan əlaqələr inkişaf edir. İqtisadi əməkdaşlıq çərçivəsində Böyük Britaniya iqtisadiyyatımıza, xüsusən də enerji sektoruna ən çox sərmayə yatıran ölkədir. Bundan başqa, ölkələrimizin kollektiv səyləri Cənub Qaz Dəhlizinin bütün Avropada enerji diversifikasiyası, təhlükəsizlik və dayanıqlığın artırılması baxımından əhəmiyyətini artırır. Azərbaycanın innovasiyalara və texnoloji irəliləyişlərə sadiqliyi investisiya və əməkdaşlıq üçün yeni imkanlar açıb. Qeyd edilib ki, Azərbaycanda innovativ vergi inzibatçılığının yaradılması, şəffaflığın gücləndirilməsi və biznes mühitinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb.

Görüşdə həmçinin, Böyük Britaniya ilə energetika, bərpa olunan enerji sahəsində birgə layihələr, bp-nin ölkəmizdə uğurlu fəaliyyəti qeyd edilib, iqtisadi tərəfdaşlığın genişlənməsində Böyük Britaniya Ticarət Palatası ilə əməkdaşlığın dərinləşdirilməsinin əhəmiyyəti vurğulanıb.

Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson ölkəsinin Azərbaycanla iqtisadi-ticarət əlaqələrinin inkişafına önəm verdiyini, Böyük Britaniya şirkətlərinin işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən layihələrdə iştiraka maraq göstərdiyini diqqətə çatdırıb, yeni əməkdaşlıq sahələrini, birgə təşəbbüslərin reallaşdırılması imkanlarını qeyd edib.

İclasda Britaniyanın Azərbaycandakı Ticarət Palatasına üzv olan şirkətlərin təmsilçiləri tərəfindən ölkəmizin “yaşıl” enerji strategiyası, Azərbaycanda hidrogen enerjisi istehsalının prioritetləri, Britaniya şirkətlərinin işğaldan azad edilmiş ərazilərimizdə fəaliyyəti və digər məsələlər barədə sualları cavablandırılıb.

VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu? Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir? VergiVergi uçotunda olmayan fiziki şəxsdən əsas vəsaitin alışını elektron alış aktı ilə rəsmiləşdirmək mümkündürmü?