25 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Şəkidə sahibkarlar üçün maarifləndirmə tədbiri keçirilib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndələri istehlakçı hüquqlarının müdafiəsi sahəsində aparılan maarifləndirmə işləri çərçivəsində regionlarda fəaliyyət göstərən sahibkarlarla görüşləri davam etdirir.

Xidmətdən “vergiler.az”a verilən məlumata görə, növbəti görüş Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlarla təşkil olunub.

Görüşdə sahibkarlara istehlak bazarında nəzarət sahələri və istehlakçı hüquqları ilə bağlı qanunvericiliyin tələbləri barədə məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb. Bundan əlavə, istehlakçı məmnuniyyəti və istehlakçı hüquqlarının təmin edilməsinin vacibliyi vurğulanıb.

Şəkiyə səfər çərçivəsində Xidmətin 13 saylı regional bölməsinin (əhatə etdiyi rayonlar: Şəki, Zaqatala, Qax, Balakən) yeni inzibati binası istifadəyə verilib. Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti 156 ünvanında yerləşən yeni inzibati binada Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun Şəki regional bölməsi, İstehlak Mallarının Ekspertizası Mərkəzinin Şəki-Zaqatala regional bölməsi və Azərbaycan Metrologiya İnstitutunun Şimal-Qərb Regional Ərazi İdarəsi də fəaliyyət göstərəcək.

Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı?