25 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
İnvestisiya şirkətlərinin nümayəndələri ilə görüş keçirilib

İnvestisiya şirkətlərinin nümayəndələri ilə görüş keçirilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ölkə iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarların vergi qanunvericiliyinin tətbiqi ilə bağlı qarşılaşdıqları məqamların və təkliflərinin öyrənilməsi istiqamətində qarşılıqlı əməkdaşlığı və görüşləri davam etdirir.

Xidmətdən “vergiler.az”a verilən məlumata görə, növbəti görüş Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin təşkilatçılığı, DVX-nın aidiyyəti strukturlarının və investisiya şirkətlərinin təmsilçilərinin iştirakı ilə keçirilib. Vergi siyasəti baş idarəsinin rəis müavini Əvəz Quliyev qiymətli kağızlar bazarının inkişafı istiqamətində vergi qanunvericiliyində yer alan stimullaşdırıcı tədbirlər barədə məlumat verib, investorların kapital bazarında fəal iştirakını və investor bazasının genişləndirilməsini təşviq edən alətlərin bu sahəyə təsiri barədə fikirlər səsləndirib.

Tədbirdə sahənin nümayəndələrinin qarşılaşdıqları çətinliklər və onların həlli istiqamətində təkliflər, qanunvericilikdə mövcud olan vergitutma mexanizmlərinin təkmilləşdirilməsi ətrafında fikir mübadiləsi aparılıb. Müzakirə olunan mövzular arasında sahənin vəziyyəti, rəqəmsal maliyyə aktivləri və onlar vasitəsilə aparılan əməliyyatlar, maliyyə bazarında investorların fəaliyyəti və bu istiqamətlərdə qanunvericiliyin tələbləri yer alıb.

Görüşdə səsləndirilən məsələlərlə bağlı müvafiq izahatlar verilib, suallar cavablandırılıb. İştirakçıların təkliflərinin diqqətdə saxlanılacağı və dövlət-biznes əməkdaşlığının bundan sonra da davam etdiriləcəyi bildirilib.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?