18 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Siyasi partiya hansı halda əmlak vergisinin ödəyicisi sayılmır?

Balansında inzibati bina, nəqliyyat vasitələri, maşın və avadanlıqlar kimi əsas vəsaitlər olan, sahibkarlıq fəaliyyəti göstərməyən, üzvlük haqqı və dövlət yardımı ilə maliyyələşən siyasi partiya əmlak vergisi ödəməlidirmi?

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 13.2.39-cu maddəsinə əsasən müəssisə - sahibkarlıq fəaliyyətini həyata keçirən və bu cür fəaliyyət üçün yaradılan qurumlardır.

Vergi Məcəlləsinin 197.1.3-cü maddəsinə əsasən, müəssisələrin, habelə fərdi sahibkarların balansında olan əsas vəsaitlər (bu Məcəllənin 197.1.1-ci maddəsində göstərilən aktivlər istisna olmaqla) əmlak vergisinin vergitutma obyektidir.

Eyni zamanda, “Siyasi partiyalar haqqında” Qanunun (bundan sonra – Qanun) 1.1.1-ci maddəsinə əsasən siyasi partiya – Azərbaycan Respublikasının vətəndaşları tərəfindən ölkənin siyasi həyatında və vətəndaşların siyasi iradəsinin ifadə olunmasında iştirak etmək məqsədilə bu Qanuna uyğun olaraq təsis edilmiş qeyri-kommersiya hüquqi şəxsi hesab edilir.

Qanunun 12.1.12-ci maddəsinə əsasən, siyasi partiya bu Qanunun 12.2-ci maddəsində nəzərdə tutulmuş qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququna malikdir.

Qanunun 12.2-ci maddəsinə əsasən, ictimai-siyasi nəşrlərin, digər təbliğat və təşviqat materialların hazırlanması və satışı istisna olmaqla, siyasi partiya sahibkarlıq fəaliyyətinin digər növləri ilə məşğul ola bilməz. Bu Qanunun 12.2-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş sahibkarlıq fəaliyyətinin növləri ilə məşğul olmaq, həmçinin bu Qanunun 12.1.11-ci maddəsinin məqsədləri üçün siyasi partiya təsərrüfat cəmiyyətləri yarada bilər və ya onlarda iştirak edə bilər.

Qeyd olunanlara əsasən, sahibkarlıq fəaliyyətini həyata keçirməyən və qeyri-kommersiya hüquqi şəxs hesab olunan siyasi partiya müəsisə anlayışı ilə əhatə olunmadığından əmlak vergisinin ödəyicisi sayılmır.

Bununla yanaşı, siyasi partiya sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu halda, həmin fəaliyyət üzrə istifadə olunan əsas vəsaitlərə görə əmlak vergisi hesablanmaqla dövlət büdcəsinə ödənilməlidir.

Əsas: Vergi Məcəlləsinin 13-cü və 197-ci maddələri, “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanunu.

VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu? Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir? VergiVergi uçotunda olmayan fiziki şəxsdən əsas vəsaitin alışını elektron alış aktı ilə rəsmiləşdirmək mümkündürmü? VergiQeyri-rezidentə ödənilən xidmət haqqından hansı vergilər tutulur? VergiNaxçıvandakı fərdi sahibkara hansı formada vergi güzəştləri tətbiq edilir? VergiYerli qrantlar hesabına idxal olunan mallara görə ƏDV necə hesablanıb tutulur? VergiSuvenir və qızıl satışı ilə məşğul olan fiziki şəxs sadələşdirilmiş vergi ödəyicisi ola bilərmi?