24 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan, Xorvatiya və İtaliyanın akkreditasiya qurumları əməkdaşlıq edəcək

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və Azərbaycan Akkreditasiya Mərkəzinin nümayəndələri Xorvatiyanın Dubrovnik şəhərinə səfər ediblər.

Xidmətdən “vergiler.az”a verilən məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti Akkreditasiya üzrə Avropa Əməkdaşlığı Təşkilatının (EA) Baş Assambleyasının 53-cü iclasında iştirak edib.

İclasda EA-ya həqiqi üzv olan və həqiqi üzvlük üçün müraciət edən dövlətlərin milli akkreditasiya orqanlarında aparılan həmkar qiymətləndirmələrinin nəticələri müzakirə edilib, EA rəhbərliyinin, Məsləhət Şurasının, Çoxtərəfli Saziş Şurasının (MLA), Üfüqi Uyğunlaşdırma, Sertifikatlaşdırma, İnspeksiya, Laboratoriya, Kommunikasiya və nəşrlər Komitələrinin təqdimatları və məruzələri dinlənilib.

Səfər çərçivəsində Xorvatiya Akkreditasiya Agentliyi (HAA) və İtaliyanın Vahid Akkreditasiya Orqanı (ACCREDIA) ilə Azərbaycan Akkreditasiya Mərkəzi arasında Anlaşma Memorandumları imzalanıb. Sənədlərə əsasən, tərəflər uyğunluğu qiymətləndirən qurumların akkreditasiyası üzrə birgə layihələrin həyata keçirilməsi, qurumlararası təcrübə mübadiləsi, seminarların təşkili, kadrların hazırlanması, uyğunluğu qiymətləndirən orqanların qiymətləndirmədə iştirakının təmin olunması və digər sahələrdə əməkdaşlıq edəcəklər.

Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı?