24 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Edvard Mvaba Ndalama: “Azərbaycan və Afrika ölkələri birgə iqtisadi layihələr həyata keçirirlər”

vergiler.az”a bu barədə açıqlama verən Biznesin Davamlılığı və İnnovasiyalar Mərkəzinin Afrika üzrə prezidenti Edvard Mvaba Ndalama energetika sahəsində əməkdaşlığı önə çəkərək deyib: “Azərbaycanın Dövlət Neft Şirkəti SOCAR enerji sektorunda potensial əməkdaşlığı araşdırmaq üçün bir sıra Afrika ölkələri, o cümlədən Əlcəzair, Nigeriya və Cənubi Afrika ilə danışıqlar aparır. Əməkdaşlıq neft-qaz sənayesində birgə kəşfiyyat, hasilat və texnologiya mübadiləsi kimi sahələri əhatə edir”.

İnfrastrukturun inkişafından danışan ekspert əlavə edib ki, Azərbaycan şirkətləri Afrikada nəqliyyat, yol tikintisi və digər infrastruktur layihələrinə sərmayə qoymaqda maraqlıdırlar.
“Kənd təsərrüfatı sahəsində əməkdaşlığa gəlincə, Azərbaycan suvarma, bitkiçilik və kənd təsərrüfatı texnologiyaları kimi sahələrdə əməkdaşlığı gücləndirmək üçün müxtəlif Afrika ölkələri ilə iş aparır.
Bundan əlavə, Azərbaycan dövləti bir neçə Afrika ölkəsinə, xüsusən də təbii fəlakətlər və ya digər fövqəladə hallarla bağlı maliyyə dəstəyi, dərmanlar və s. ilə yardım göstərib”, - beynəlxalq ekspert bildirib.

Tamilla MƏMMƏDOVA

Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı?