13 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

AZSTAND ilə Litva Standartlar Şurası arasında Anlaşma Memorandumu imzalanıb

Litvanın standartlaşdırma üzrə milli orqanı olan Litva Standartlar Şurasının (LST) nümayəndə heyəti 22-23 may tarixlərində Azərbaycanda səfərdə olub.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən (AİBNDX) “vergiler.az”a verilən məlumata görə, səfər zamanı Litva nümayəndə heyəti AİBNDX və Azərbaycan Standartlaşdırma İnstitutunda (AZSTAND) bir sıra görüşlər keçirib.

Görüşlər zamanı tərəflər arasında mövcud əməkdaşlıq əlaqələrinin genişləndirilməsi müzakirə olunub, həmçinin Avropa direktivləri və istinad standartlarının qəbulu əsasında milli texniki reqlamentlərin qəbulu prosedurları, istinad standartlarının tətbiqinə dair fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində AZSTAND və LST arasında Anlaşma Memorandumu imzalanıb.

Sənədə əsasən, tərəflər standartlaşdırma sahəsində rəqəmsal həllərin tətbiqi, Texniki Komitələrin fəaliyyəti, standartların yayılmasında abunə praktikası üzrə əməkdaşlıq edəcək, istinad standartları sahəsində təcrübə mübadiləsi həyata keçirəcək.

Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir?