25 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Azərbaycan-Avstriya biznes forumu keçirilib

Azərbaycan-Avstriya biznes forumu keçirilib

Avstriya nümayəndə heyətinin Azərbaycana indiyədək təşkil edilən ən geniş ticarət missiyası çərçivəsində Avstriya Federal İqtisadi Palatasının ticarətin təşviqi təşkilatının – “Advantage Austria”nın təşəbbüsü ilə Azərbaycan-Avstriya biznes forumu keçirilib.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) “vergiler.az”a verilən məlumata görə, Agentliyin təmsil olunduğu Forumda Avstriyanın ticarət, logistika, İKT, sənaye, tikinti və su təsərrüfatı sektorlarını təmsil edən aparıcı şirkət nümayəndələri iştirak edib. Azərbaycan və Avstriyanın biznes subyektləri arasında əlaqələrin dərinləşdirilməsinə dair müzakirələr aparılıb.

Tədbirdə Azərbaycan və Avstriya arasında iqtisadi əlaqələrin və biznes tərəfdaşlığının inkişaf etdiyi vurğulanıb, ticarət və investisiya sahələrində əməkdaşlığın müsbət dinamikası qeyd edilib. Bildirilib ki, mühəndislik, konsaltinq və layihələrin idarə olunması sahələrində ixtisaslaşmış çoxsaylı Avstriya şirkətləri artıq Azərbaycanda fəaliyyət göstərir və onların artım potensialı yüksək qiymətləndirilib. Yeni əməkdaşlıq sahələri ilə bağlı fikir mübadiləsi aparılıb.

Forumda AZPROMO tərəfindən Avstriya şirkətlərinə Azərbaycanın investisiya mühiti, biznes imkanları və sərmayədarlara təqdim olunan imtiyazlara dair təqdimat nümayiş olunub, xarici sahibkarların sualları cavablandırılıb. Tədbir B2B görüşlərlə davam edib.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?