27 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Rusiya-Azərbaycan əməkdaşlığının perspektivlərinə dair dəyirmi masa keçiriləcək

Mayın 19-da Tatarıstanın paytaxtı Kazanda “Rusiya - İslam dünyası: KazanForum 2023” XVI Beynəlxalq İqtisadi Forumu çərçivəsində “Rusiya - Azərbaycan: müasir şəraitdə iqtisadi əməkdaşlığın inkişaf perspektivləri” mövzusunda dəyirmi masa təşkil olunacaq.

“Azərbaycan iqtisadiyyatı” Teleqram kanalı Rusiyanın Azərbaycandakı Ticarət Nümayəndəliyinə istinadən xəbər verir ki, dəyirmi masada iki dövlət arasında ticarət-iqtisadi əməkdaşlığın əsas istiqamətləri müzakirə ediləcək.

Əsas mövzular sənaye və logistika əməkdaşlığının inkişafı, “Agroexpress” logistika layihəsinin perspektivləri, ticarət-iqtisadi və investisiya əməkdaşlığının inkişafı olacaq. Tərəflər həmçinin Rusiya və Azərbaycan arasında qarşılıqlı hesablaşma məsələlərini müzakirə edəcəklər.

Qeyd edək ki, “Rusiya-İslam dünyası: KazanForum - 2023” Beynəlxalq İqtisadi Forumu bu gün işinə başlayıb və mayın 21-dək davam edəcək.

VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu? Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir? VergiVergi uçotunda olmayan fiziki şəxsdən əsas vəsaitin alışını elektron alış aktı ilə rəsmiləşdirmək mümkündürmü?