13 Oktyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycanda lift avadanlığı sahəsində montaj zavodu yaradılacaq

Belarus Baş nazirinin müavini İqor Petrişenkonun iştirakı ilə Bakıda keçirilən ticarət-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclasının yekununda Belarus və Azərbaycan arasında əməkdaşlığın inkişafına dair bir sıra sənədlər imzalanıb.

“Azərbaycan iqtisadiyyatı” Teleqram kanalı xəbər verir ki, bu barədə Belarus mətbuatı hökumətin mətbuat xidmətinə istinadən yazır.

Bildirilir ki, sənədlərin əksəriyyəti sənaye sahəsində əməkdaşlığa aiddir. Belə ki, “Mogilevliftmaş” ASC ilə “Ulu Göyçə” MMC arasında 2023-2024-cü illər üçün Azərbaycanda lift avadanlığı sahəsində montaj zavodunun yaradılmasına dair yol xəritəsi imzalanıb.

Həmçinin MAZ ASC ilə TURAN şirkəti arasında MAZ məhsullarının Azərbaycan bazarında təşviqini və onun servisini nəzərdə tutan diler müqaviləsi bağlanıb.

Digər sənəd METZ ASC ilə AZMETZ MMC arasında elektrik məhsullarının tədarükünə dair müqavilədir.

Belarusun İdman və Turizm Nazirliyi ilə Azərbaycanın Gənclər və İdman Nazirliyi arasında bədən tərbiyəsi və idman sahəsində 2023-2025-ci illər üçün əməkdaşlıq proqramı imzalanıb.

Bundan əlavə, ticarət-iqtisadi əməkdaşlıq üzrə Belarus-Azərbaycan hökumətlərarası komissiyasının iclasının yekunları üzrə müvafiq protokol imzalanıb.

VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu? VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur?