25 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
İslam İnkişaf Bankının Müdirlər Şurasının 48-ci İllik Toplantısı keçirilib

İslam İnkişaf Bankının Müdirlər Şurasının 48-ci İllik Toplantısı keçirilib

Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində İslam İnkişaf Bankının (İİB) Müdirlər Şurasının 48-ci İllik Toplantısı keçirilib. Tədbirdə ölkəmizi iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edib.

İllik toplantı zamanı üzv ölkələrdə təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması istiqamətində birgə əməkdaşlıq imkanlarının araşdırılması, insan kapitalının inkişafı, dayanıqlı, yaşıl və davamlı infrastrukturun qurulması kimi aktual məsələlər müzakirə edilib.

Tədbir çərçivəsində İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev İİB-in prezidenti Məhəmməd Süleyman Əl-Casir ilə görüşündə ölkəmizdə Bankla əməkdaşlığın yüksək qiymətləndirildiyini vurğulayıb, İİB-lə tərəfdaşlığın genişləndirilməsi, işğaldan azad edilmiş ərazilərimizin bərpası və yenidən qurulmasında əməkdaşlıq, KOB-ların dəstəklənməsi, bankların maliyyələşdirilməsi, enerji və ərzaq təhlükəsizliyi ilə bağlı fikirlərini bildirib.

Məhəmməd Süleyman Əl-Casir Azərbaycanın Bankın fəaliyyətinə böyük töhfə verdiyini, əməkdaşlığımızın uğurlu tarixə malik olduğunu bildirib. Bankın prezidenti həyata keçirilən birgə layihələrin Azərbaycanda iqtisadiyyatın, o cümlədən infrastrukturun inkişafı baxımından önəmini qeyd edib, əməkdaşlığın genişləndirilməsi, xüsusilə ölkəmizin işğaldan azad edilmiş ərazilərində həyata keçiriləcək layihələrdə Bankın maraqlı olduğunu bildirib.

Toplantı çərçivəsində həmçinin, İslam İnkişaf Bankı Qrupuna daxil olan Ticarətin Maliyyələşdirilməsi üzrə Beynəlxalq İslam Korporasiyasının (İTFC) rəhbəri və Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının baş direktoru vəzifələrini icra edən Hani Salem Sonbol ilə görüş keçirilib. Tərəflər Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin inkişafı istiqamətində İTFC ilə əməkdaşlıq, eləcə də Azərbaycanın ixrac potensialının gücləndirilməsində və islam maliyyəsinin tətbiqində Korporasiyanın rolunu müzakirə edib, bu istiqamətdə həyata keçiriləcək növbəti birgə addımları nəzərdən keçiriblər.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?