25 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sənaye zonalarında istehsal edilən məhsullar dünyanın 60-dək ölkəsinə ixrac edilib

Sənaye zonalarında ümumi investisiya həcmi 7,1 milyard manat olan 128 müəssisə rezident kimi qeydiyyatdan keçib və onlardan 66-sı istehsal fəaliyyətinə başlayıb.

İqtisadiyyat Nazirliyindən “vergiler.az”a verilən məlumata görə, indiyədək sənaye zonalarına 6,5 milyard manatdan çox investisiya yatırılıb.

Növbəti mərhələdə sənaye zonalarına mövcud layihələr üzrə 600 milyon manatadək investisiyanın yatırılması, 4800-dən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur. Sənaye zonalarında indiyədək ümumilikdə 9,6 milyard manatlıq məhsul istehsal edilib ki, bunun 3,1 milyard manatlıq hissəsi ixrac olunub. Bu ilin I rübündə sənaye zonalarında fəaliyyət göstərən müəssisələr tərəfindən 768 milyon manatlıq məhsul satılıb ki, bu da 2022-ci ilin eyni dövrünə (ötən ilin I rübündə 680,9 milyon manatlıq məhsul istehsal edilib) nisbətən 13% artım deməkdir. Sənaye zonalarında istehsal olunan məhsullar dünyanın 60-dək (ABŞ, Kanada, Çin, BƏƏ, İngiltərə, Almaniya, Çin, Hindistan, Rusiya və s.) ölkəsinə ixrac edilib.

Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı?