7 Oktyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Əlvan metalların keyfiyyətinin yüksəldilməsinə dair yeni standart qəbul edilib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən AZS 931-2023 “Əlvan metallardan hazırlanan yivli birləşdirici detallar – bağlayıcılar – boltlar, vintlər, şpilkalar və qaykalar” dövlət standartı təsdiq edilib.

İnstitutdan “vergiler.az”a verilən məlumata görə, bu standart əlvan metallardan hazırlanan yivli birləşdirici detallar, bağlayıcılar qara metallardan hazırlanan oxşar məhsullardan fərqli olaraq pas və korroziyaya davamlılığı, həmçinin tərkibində dəmir mövcud olan detallarla müqayisədə möhkəmliliyi, aqressiv mühitlərə dözümlülüyü ilə fərqlənir. Bu xüsusiyyət onların müqavimətə, xüsusi ilə dəyişkən hava şəraitinə məruz qaldıqda dayanıqlılığı və etibarlılığını artırır.

Bununla belə, sualtı konstruksiyaların quraşdırılmasında əlvan metallardan hazırlanan yivli birləşdirici detalların – bağlayıcıların istifadəsi tikili və ya qurğunun uzunömürlülüyünü təmin edir.

Əlvan metallardan hazırlanan bağlayıcılar yüksək istilik müqavimətinə malik olur. Bağlayıcıların üstünlüklərindən biri də ləkələrə qarşı müqavimətli olmasıdır. Əlvan metalların bu xüsusiyyəti öz növbəsində aqressiv mühitlərdə, həmçinin hər-hansı xarici təsirlərə qarşı yivli birləşdirici detalların kosmetik görünüşünü qoruyan amillərdəndir.

Eyni zamanda, hazırlanma prosesində tərkibində əlvan metallar olan yivli birləşdirici detalların – bağlayıcıların elastiklik qabiliyyətinin mövcud olması onların formalarını istənilən qəlibə salmağa kömək edir və bununla da konstruksiyaya rahat quraşdırılma təmin olunur.

Yeni standart Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinə, Xəzər Dəniz Nəqliyyat Layihə-Axtarış və Elmi-Tədqiqat İnstitutuna rəyə təqdim edilib və müvafiq rəylərdən sonra İnstitut tərəfindən təsdiqlənərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu? VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur? VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır?