28 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Uyğunluğun qiymətləndirilməsi üzrə fəaliyyət göstərən qurumlarla görüş keçirilib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) təşkilatçılığı ilə “Malların, iş və xidmətlərin sertifikatlaşdırılması sahəsində aktual məsələlər” mövzusunda uyğunluğun qiymətləndirilməsi üzrə fəaliyyət göstərən qurumlarla işgüzar görüş keçirilib.

Xidmətdən “vergiler.az”a verilən məlumata görə, AZSTAND-ın Baş direktoru İlham Bayramov öncə institutun fəaliyyəti barədə təqdimatla çıxış edib. Uyğunluğun qiymətləndirilməsi bazarında mövcud problemlərin araşdırılması, AZTSAND-la uyğunluğu qiymətləndirən qurumlar arasında əməkdaşlığın inkişaf etdirilməsi, eləcə də sağlam rəqabətin formalaşdırılmasının vacibliyi vurğulanıb.

Təbirdə uyğunluğun qiymətləndirilməsi sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, malların sertifikatlaşdırılması bazarında vəziyyətin təhlili, bu sahədə beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, istehlak mallarının müvafiq normativ-hüquqi aktlar və standartlarla müəyyən edilən təhlükəsizlik və keyfiyyət tələblərinə uyğunluğunun təmin edilməsinə dair müzakirələr aparılıb.

İnstitutun nümayəndələri mallar, iş və xidmətlərə dair sertifikatlaşdırma sahəsində beynəlxalq təcrübə, müasir çağırışlar, “AZS 498:2022 dövlət standartı” barədə təqdimatla çıxış edib və iştirakçıları maraqlandıran sualları cavablandırıblar.

VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu?