19 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Emin Qəribli: “Azərbaycanın Orta Dəhlizdən ala biləcəyi mənfəət artacaq”

  • Orta xətt üzərindəki ölkələr məhz türkdilli dövlətlərdir;

  • Saziş Azərbaycan üçün çox faydalı olacaq və iqtisadiyyatımızın inkişafına təkan verəcək.

“Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumətləri arasında beynəlxalq kombinə edilmiş yük daşımaları haqqında” Sazişin icrası Azərbaycanın Orta Dəhlizdən ala biləcəyi mənfəəti artıracaq.

Bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Emin Qəribli deyib.

İqtisadçının sözlərinə görə, Avropa və Asiyanı birləşdirən müxtəlif tranzit dəhlizlər var ki, onların bir hissəsi yükləri Avropaya okean vasitəsilə çatdırır: “Quru yola gəlincə, burada üç əsas istiqamət var. Son dövrlərdə geosiyasi hadisələrlə əlaqədar digər xətlərin aktuallığı azalır. Orta Dəhliz vasitəsilə yüklərin Azərbaycan və Türkiyə ərazisindən türkdilli dövlətlərə və Avropaya çatdırılması aktuallaşır. Maraqlı olan odur ki, Orta xətt üzərindəki ölkələr məhz türkdilli dövlətlərdir. Bu isə məsələni daha da aktuallaşdırır”.

E.Qəribli bildirib ki, kombinə edilmiş yük daşımaları zamanı avtomobil yolundan əlavə, dəmir yolu və su nəqliyyatından da istifadə edilir. Kombinə edilmiş yük daşımalarının Avropanın istənilən məntəqəsinə çatdırılması üçün ölkələr arasında saziş imzalanır. Saziş çərçivəsində coğrafi məkandan asılı olaraq, məhsulların kombinə edilmiş yük daşımaları ilə məntəqəyə çatdırılması üçün müvafiq tədbirlərin görülməsi, yeni texnologiyaların tətbiqi nəzərdə tutulur. Bu isə nəticədə daşınan məhsulların məsrəflərinin aşağı düşməsinə xidmət edir: “Təbii ki, bu məsələlər yalnız sahibkarlar tərəfindən həll edilməli olsaydı, məsrəflər arta bilərdi. Bunun qarşısının alınması üçün dövlətlər birgə fəaliyyət göstərirlər. Türkdilli dövlətlər də bu sahədə yarana biləcək problemlərin həlli üçün görüşlər təşkil edirlər”.

E.Qəribli qeyd edib ki, sazişdə konteynerlərin ayrı-ayrı nəqliyyat növləri ilə çatdırılması nəzərdə tutulur və dövlətlər də bu zaman lazımi nəqliyyat infrastrukturunun yaradılması, sahibkarlara müəyyən yardımların göstərilməsi, sərhəddə müvafiq gömrük nəzarətininin həyata keçirilməsi, yük rüsumlarının ödənilməsi məsələlərində müəyyən güzəştlər edirlər.

İqtisadçı bütün bunları nəzərə alaraq belə hesab edir ki, yeni sazişin imzalanması Azərbaycan üçün çox faydalı olacaq və iqtisadiyyatımızın inkişafına təkan verəcək.

Xatırladaq ki, 2022-ci il noyabrın 11-də Özbəkistanın Səmərqənd şəhərində “Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumətləri arasında beynəlxalq kombinə edilmiş yük daşımaları haqqında” Saziş imzalanıb. Azərbaycan Prezidenti İlham Əliyev bu sazişin təsdiq edilməsi barədə qanunu imzalayıb (https://president.az/az/articles/view/59564).

İlhamə İSABALAYEVA

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?