13 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycanda əczaçılıq məhsulları zavodunun tikilməsi planlaşdırılır

İqtisadiyyat Nazirliyində Türkiyənin dərman istehsalı sahəsində ixtisaslaşan “Gen İlaç ve Sağlık Ürünleri Sanayi ve Ticaret A.Ş” şirkəti ilə görüş keçirilib. İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə keçirilmiş görüşdə şirkətlə əməkdaşlığın genişləndirilməsi ilə bağlı müzakirələr aparılıb.

Nazirlikdən “vergiler.az”a verilən məlumata görə, tədbirdə vurğulanıb ki, dövlət başçılarının siyasi iradəsi, dostluq və qardaşlıq münasibətləri, verdikləri tapşırıqların icrası iqtisadi əməkdaşlıq potensialından səmərəli istifadə edilməsində önəmlidir. Azərbaycan və Türkiyə arasında uğurlu iqtisadi-ticarət və investisiya tərəfdaşlığının həyata keçirildiyi diqqətə çatdırılıb. Ölkəmizin əsas ticarət tərəfdaşlarından olan qardaş ölkə ilə Preferensial Ticarət Sazişinin əhatə dairəsinin genişləndirilməsi isə iqtisadi-ticarət əməkdaşlığımızın gücləndirilməsinə əlavə stimul yaradacaq. Bildirilib ki, Türkiyə şirkətləri ilə tərəfdaşlığın gücləndirilıməsi və qarşılıqlı faydalı birgə layihələrin gerçəkləşdirilməsi istiqamətində səmərəli addımlar atılır. Əczaçılıq sahəsində əməkdaşlıq da bu baxımdan əhəmiyyət kəsb edir. Bu sahədə əməkdaşlıq Azərbaycanda əczaçılıq məhsullarının istehsalı imkanlarını artıra bilər.

Tədbirdə “Azərbaycan İnvestisiya Şirkəti” ASC və “Gen İlaç ve Sağlık Ürünleri Sanayi ve Ticaret A.Ş” şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Layihənin əsas məqsədi vacib əczaçılıq məhsullarının yerli istehsal hesabına idxalının əvəzlənməsinə və istehlak bazarında sərfəli şərtlərlə əldə edilməsinə töhfə verməkdir. Sənədə əsasən, Azərbaycanda əczaçılıq məhsullarının istehsalı üzrə zavodun tikilməsi planlaşdırılır. Zavodun istehsal etdiyi məhsulların daxili bazarla yanaşı, qonşu ölkələrə də ixracı nəzərdə tutulur.

Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir?