22 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan Dağıstana ting ixrac edəcək

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Yevlax Pilot Aqroparkın rezidenti “İSFA” MMC Dağıstana ting ixrac etməyi planlaşdırır. Bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına “İSFA” MMC-nin təsisçisi və direktoru Samir Xeyirbəyov deyib.

Onun sözlərinə görə, Dağıstanın müvafiq dövlət qurumları Azərbaycandan ting alaraq onu yerli sahibkarlara vermək istəyirlər. Bununla bağlı avqustun sonu -sentyabrın əvvəlində Dağıstan rəsmilərinin Azərbaycana səfəri gözlənilir. Səfər zamanı onlar ölkəmizdə tingçilik sahəsi ilə tanış olacaqlar.

Qeyd edək ki, Yevlax Pilot Aqroparkın ilk rezidenti kimi qeydiyyata alınmış “İSFA” MMC Azərbaycanın ting ixrac edən ilk şirkəti olacaq. Şirkət meyvə tinglərini Qırğızıstan, Özbəkistan və Türkmənistana da ixrac etməyi nəzərdə tutur.

VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu? Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir? VergiVergi uçotunda olmayan fiziki şəxsdən əsas vəsaitin alışını elektron alış aktı ilə rəsmiləşdirmək mümkündürmü? VergiQeyri-rezidentə ödənilən xidmət haqqından hansı vergilər tutulur?