5 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Məmməd Abbasbəyli: “Rəqabət qanunvericiliyinin təkmilləşdirilməsinə böyük diqqət yetirilir”

“Ümid edirəm ki, Rəqabət Məcəlləsi kimi, "Dövlət satınalmaları haqqında” yeni qanun layihəsi də bu il Milli Məclisdə müzakirəyə çıxarılacaq”.

Azərbaycan iqtisadiyyatı” Teleqram kanalı xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli “Rəqabət – dayanıqlı inkişafın mühüm amili kimi" mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda deyib.

Onun sözlərinə görə, dövlət satınalmaları sahəsində subyektiv faktorların qarşısının alınması, şəffaflıq və səmərəlilik ölkədə sağlam və davamlı rəqabət mühitinin, habelə sahibkarlığın inkişafının təmin olunmasına şərait yaradır. Bu məqsədlə Dövlət Xidməti tərəfindən “Dövlət satınalmaları haqqında” yeni qanun layihəsi hazırlanaraq bu ilin əvvəlində hökumətə təqdim olunub.

M.Abbasbəyli qeyd edib ki, “Haqsız rəqabət haqqında” və “Təbii inhisarlar haqqında” qanunların qəbul edilməsi ilə antiinhisar qanunvericiliyinin formalaşması təmin edilib: "Rəqabət təkcə istehlakçıların rifahına deyil, həm də bütövlükdə ölkə iqtisadiyyatının inkişafına müsbət təsir göstərir, biznes sektorunun səmərəliliyini və beynəlxalq rəqabət qabiliyyətini artırır, dinamik bazarları və iqtisadi artımı təşviq edir. Rəqabətin iqtisadiyyatda önəmini nəzərə alaraq, Dövlət Xidməti tərəfindən rəqabət qanunvericiliyinin təkmilləşdirilməsinə böyük diqqət yetirilir”.

Xidmət rəisi bildirib ki, ölkəmizdə rəqabət qanunvericiliyinin təkmilləşdirilməsi məqsədilə mövcud sahəvi qanunvericilik aktları əsasında, beynəlxalq təcrübə, o cümlədən Avropa və MDB dövlətlərinin təcrübələri öyrənilməklə yeni Rəqabət Məcəlləsi layihəsi hazırlanıb. Rəqabət Məcəlləsi rəqabət mühitində və antiinhisar siyasətində rəqabəti və azad sahibkarlığı təşviq etməklə iqtisadiyyatın inkişafını, istehlakçıların rifahını, məhsul və xidmətlərin keyfiyyətini təmin edəcək.

M.Abbasbəyli əlavə edib ki, “Ticarət fəaliyyəti haqqında” yeni qanun layihəsi üzərində iş davam etdirilir. Bu qanun Azərbaycan Respublikasının ərazisində ticarət fəaliyyətinin təşkili və həyata keçirilməsinin hüquqi əsaslarını və bu sahədə sahibkarlıq subyektlərinin öz aralarında yaranan münasibətləri tənzimləyəcək, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin bazara girişini asanlaşdıracaq və onların iri sahibkarlıq subyektləri qarşısında mənafelərini təmin edəcək.

Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır? VergiFiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması