20 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Son 4 il ərzində KOB subyektlərinin sayı 45 faiz artaraq 356 minə yaxınlaşıb

"vergiler.az" xəbər verir ki, bunu "Heydər Əliyev və Azərbaycanda sahibkarlığın inkişafı" mövzusunda konfransda çıxış edərkən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.

Onun sözlərinə görə, bu dövr ərzində KOB–ların qeyri-neft ÜDM-də payı 23,5 faizdən 26,6 faizə, qeyri-neft ixracında payı isə 2019-cu ildəki 23,3 faizdən 59,8 faizə yüksəlib.

"Əsas hədəfimiz 2022-2026-cı illəri əhatə edən sosial-iqtisadi inkişaf strategiyasından irəli gələrək, KOB-ların qeyri-neft/qaz sektorunda ÜDM-dəki payının 35 faizə, məşğulluqda payının isə 60 faizə yüksəldilməsinə nail olmaqdır. Bu məqsədlə yaranmış yeni iqtisadi reallıqlara çevik reaksiyanın verilməsi və strateji fəaliyyət gündəliyimizə yeni elementlərin daxil edilməsi olduqca vacibdir",- deyə O. Məmmədov qeyd edib.

VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu? Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir? VergiVergi uçotunda olmayan fiziki şəxsdən əsas vəsaitin alışını elektron alış aktı ilə rəsmiləşdirmək mümkündürmü? VergiQeyri-rezidentə ödənilən xidmət haqqından hansı vergilər tutulur? VergiNaxçıvandakı fərdi sahibkara hansı formada vergi güzəştləri tətbiq edilir? VergiYerli qrantlar hesabına idxal olunan mallara görə ƏDV necə hesablanıb tutulur?