13 Oktyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycanda iqtisadi artım meyilləri daha da yüksələcək

“Əminliklə deyə bilərik ki, dövlət başçısı tərəfindən müəyyən edilmiş milli prioritetlər üzrə yeni inkişaf strategiyasına uyğun olaraq həyata keçiriləcək islahatlar, ardıcıl tədbirlər sayəsində Azərbaycanda iqtisadi artım meyilləri daha da yüksələcək”.

İqtisadiyyat naziri Mikayıl Cabbarov “Heydər Əliyev və Azərbaycan sahibkarlığının inkişafı” mövzusunda konfransda bildirib ki, növbəti illərdə əsas hədəf qeyri-neft sektorunun inkişafı ilə bağlıdır: “Məlumdur ki, bizim əsas neft yataqlarımız artıq hasilatın azalması mərhələsindədir. Doğrudur, qaz yataqlarında qaz hasilatı getdikcə növbəti illərdə də artacaq. Lakin bizim dayanıqlı inkişafımızı təmin edən məhz qeyri-neft sektorunun inkişafi olacaq və sahibkarlarımız, o cümlədən, mikro, kiçik və orta biznes ölkə rəhbərliyinin davamlı qayğısı və yeni stimullarla daha yüksək nailiyyətlər əldə edəcəklər”.

Nazir hesab edir ki, növbəti illərdə əsas hədəf qeyri-neft sektorunda istehsal olunan məhsulun ixracı ilə bağlı olmalıdır: “Çünki ixrac edilə bilən məhsul əgər regional və qlobal bazarlarda rəqabətlidirsə, deməli, bu məhsul asanlıqla oz yerini Azərbaycan bazarında da tapacaq. Məhz bu istiqamətdə iqtisadi siyasət tədbirləri və dəstək tədbirləri davam etdiriləcək”.

VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu? VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur?