Birjalarda neft qiymətləri
Dünya birjalarında neft qiymətləri ucuzlaşıb.
Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,82 dollar azalaraq 82,3 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,95 dollar ucuzlaşaraq 78,21 dollar təşkil edib.
“Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,18 dollar azalaraq 87,42 dollar olub.
Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin ötən il ərzində maksimum qiyməti martın 9-da (135,99 dollar) qeydə alınmışdı.