25 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sahibkarlığın inkişafına dair müzakirələr aparılıb

İqtisadiyyat Nazirliyi yanında İctimai Şura fəaliyyət planına uyğun olaraq iqtisadi sahədə fəaliyyət göstərən peşəkar ictimai birliklər və assosiasiyalarla müzakirələri davam etdirir. Nazirlikdən “vergiler.az”a verilən məlumata görə, növbəti belə görüş Azərbaycan Respublikasının Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) ilə keçirilib.

Qarşılıqlı müzakirələr şəraitində keçən görüşdə Azərbaycanda sahibkarlığın inkişafı, mövcud şəraitdə sahibkarların qarşılaşdıqları məsələlər və onların həllində dövlət-özəl əməkdaşlığının önəminə dair fikirlər bölüşülüb, ASK-nın bu istiqamətdə atdığı addımlar diqqətə çatdırılıb. Sahibkarların ASK ilə kommunikasiya mexanizmləri, daxil olan təklif və şikayətlərin ASK tərəfindən aidiyyatı üzrə yönləndirilməsi modeli tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Tərəflər normativ-hüquqi aktların hazırlanması, sahibkarlıq sahəsində fəaliyyəti tənzimləyən qanunvericilik aktlarına dəyişikliklər edilməsi, ümumilikdə bu sahədə hüquqyaratma prosesində iş adamlarının və onların təmsil olunduğu ictimai birliklərin iştirakının əhəmiyyətini qeyd edib.

Görüşdə İctimai Şura üzvləri ilə əməkdaşlıq istiqamətlərinə dair fikir mübadiləsi aparılıb, təkliflər dinlənilib, suallar cavablandırılıb.

Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı?