2 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

BMT-nin Xüsusi Proqramının iştirakçı dövlətlərinin nazirlərinin görüşü keçirilib

İsveçrənin Cenevrə şəhərində SPECA-nın iştirakçı dövlətlərinin nazirlərinin BMT-nin ixtisaslaşmış qurumlarının rəhbərləri və qeyri-hökumət təşkilatlarının təmsilçiləri ilə dialoqu çərçivəsində regional əməkdaşlıq üzrə çoxtərəfli məsləhətləşmələr və ikitərəfli görüşlər təşkil edilib.

İqtisadiyyat Nazirliyindən “vergiler.az”a verilən məlumata görə, tədbirlərdə iştirak edən Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov SPECA ilə ölkəmiz arasında uzunmüddətli əməkdaşlıq əlaqələrini, üzv dövlətlərlə iqtisadiyyatın bir çox sahələrində həm hökumətlərarası səviyyədə, həm də Proqram çərçivəsində geniş əməkdaşlıq edildiyini vurğulayıb. Regional nəqliyyat-tranzit marşrutlarının potensialından istifadənin önəmini vurğulayan nazir deyib: “SPECA-ya üzv ölkələrin əksəriyyətinin açıq dənizə çıxışı olmadığına görə, iqtisadiyyatlarımızın səmərəliliyini artırmaq üçün beynəlxalq və regional nəqliyyat dəhlizlərinə cəlb olunma mühüm əhəmiyyət kəsb edir. Tarixi İpək Yolu üzərində geniş iqtisadi zolağın yaradılmasının tərəfdarı olan ölkələrimiz müxtəlif istiqamətlərdə tranzit daşımalarının səmərəli təşkilinə təminat verir”. Diqqətə çatdırılıb ki, son illərdə Azərbaycan yol-nəqliyyat infrastrukturunun inkişafına, o cümlədən müasir dəmir yolu şəbəkəsinin, dəniz limanlarının, geniş avtomobil yolları şəbəkəsinin tikintisinə irihəcmli sərmayələr yatırıb. Ölkəmizin işğal altında olan ərazilərinin azad edilməsi regional nəqliyyat və logistika marşrutlarının inkişafına yeni təkan verib.

İqtisadiyyat naziri Azərbaycanın iqtisadi uğurları barədə də məlumat verib. Qeyd edilib ki, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı reabilitasiya və bərpa işlərinin aparılması, bu ərazilərin ekoloji cəhətdən təmiz texnologiyalar əsasında yenidən qurulması istiqamətində tədbirlər həyata keçirilir. "Ağıllı" və “yaşıl” yanaşmalardan istifadə etməklə, 2050-ci ilə qədər “sıfır emissiya” zonalarının yaradılması nəzərdə tutulur.

Keçirilmiş görüşlərdə SPECA çərçivəsində çoxtərəfli əməkdaşlıq imkanları ilə bağlı məsləhətləşmələr, ölkələrimiz arasında tərəfdaşlığın inkişafı, inteqrasiyanın dəstəklənməsi, dünya iqtisadiyyatına qoşulma prosesinin asanlaşdırılması ilə bağlı müzakirələr aparılıb. Bundan başqa, SPECA regionunda tranzit marşrutlarının şaxələndirilməsi, ticarət və nəqliyyatın asanlaşdırılması, rəqəmsallaşma və “yaşıl” transformasiya, SPECA Etimad Fondunun yaradılması, bu il quruma üzv dövlətlərin Zirvə görüşünün Bakıda keçirilməsi və “BMT-nin Mərkəzi Asiya iqtisadiyyatlatı üçün Xüsusi Proqramının 25-ci ildönümünün qeyd edilməsi haqqında” BMT Baş Assambleyasının 78-ci sessiyası zamanı irəli sürüləcək qətnamə layihəsi ilə bağlı geniş müzakirələr aparılıb, iştirakçı dövlətlərin nazirlərinin Birgə Bəyanatı qəbul edilib.

Qeyd: BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) 1998-ci ildə yaradılıb. Proqrama üzv dövlətlər Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Əfqanıstandır. Proqramın məqsədi üzv dövlətlər arasında əməkdaşlığın inkişafı və dünya iqtisadiyyatına inteqrasiyanın dəstəklənməsidir. Azərbaycan SPECA-ya 2002-ci ildə qoşulub və fəal üzvlərdəndir. Belə ki, SPECA İdarəetmə Şurasının və İqtisadi Forumunun 1-ci iclası Bakıda keçirilib və 2016-cı ildə Azərbaycan quruma sədrlik edib. Həmin ilin noyabr ayında Gəncə şəhərində İdarə Heyətinin 11-ci iclası və İqtisadi Forum keçirilib. Müvafiq dövlət orqanları, o cümlədən İqtisadiyyat Nazirliyi SPECA-nın İşçi qruplarında fəal iştirak edir. 2023-cü ildə də SPECA-ya sədrliyi Azərbaycan Respublikası həyata keçirir.

VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır? VergiFiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması VergiHəlak olmuş döyüşçülərin dul arvadlarının və övladlarının vergi güzəşti hüququ