18 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Şamaxıda “İşğaldan azad olunmuş ərazilərin investisiya cəlbediciliyi” mövzusunda konfrans keçirilib

Aprelin 17-də İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzində “İşğaldan azad olunmuş ərazilərin investisiya cəlbediciliyi” mövzusunda elmi-praktik konfrans keçirilib.

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş tədbirlər çərçivəsində Qarabağ iqtisadi rayonunda Prezidentin səlahiyyətli nümayəndəsinin ofisi, İqtisadiyyat Nazirliyi, Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun birgə təşkilatşılığı ilə keçirilən konfransda ölkəmizin dövlət qurumlarının, aparıcı elm-təhsil müəssisələrinin mütəxəssisləri iştirak ediblər.

Tədbirin açılış mərasimində Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun baş direktoru Nazim Müzəffərli, iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov və Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədovun çıxışı olub.

Konfrans sessiyalarla davam edib.

İlk sessiyada Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonundakı işğaldan azad edilmiş ərazilərdə xüsusi nümayəndəsi Emin Hüseynov “Qarabağ iqtisadi rayonuna daxil olan ərazilərdə görülən işlər və investisiya imkanları”, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev “İşğaldan azad edilmiş ərazilərdə məskunlaşacaq məcburi köçkünlərin məşğulluq məsələləri”, İqtisadiyyat Nazirliyinin “İşğaldan azad edilmiş ərazilərin bərpası” şöbəsinin müdiri Zamin Bədirxanlı “İşğaldan azad edilmiş ərazilərdə yaradılmış əlverişli biznes və investisiya mühiti”, KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov “İşğaldan azad edilmiş ərazilərdə Kiçik və Orta Biznesə dövlət dəstəyi imkanları” mövzularında məruzələrlə çıxış ediblər.

Sonra Auditorlar Palatasının sədri, professor Vahid Novruzovun moderatorluğu ilə məruzələr ətrafında geniş müzakirələr aparılıb, çıxışlar olub, fikir mübadiləsi edilib, təklif və tövsiyələr səsləndirilib.

Konfransın ikinci sessiyasında Dövlət Statistika Komitəsi sədrinin müavini Yusif Yusifovun “Qarabağ və Şərqi Zəngəzurda əsas kapitala investisiyalar: yeni regional statistik mənzərənin astanasında”, Sahibkarlığın inkişafı fondu İdarə Heyətinin sədri Osman Xalıyevin “İşğaldan azad edilmiş ərazilərdə sahibkarlıq subyektlərinə maliyyə dəstəyi”, İqtisadi Zonaların İnkişafı Agentliyi İdarə Heyəti sədrinin müavini Elkiyar Ziyadovun “İşğaldan azad edilmiş ərazilərdə sənayenin inkişaf imkanları”, İqtisadiyyat İnstitutunun “Post-konflikt ərazilərin bərpası” Elmi Mərkəzinin rəhbəri Azər Səfərovun “İnvestisiyalar haqqında müasir elmi konsepsiyalar və post-konflikt ərazilərin bərpası problemi” mövzusunda məruzələri dinlənilib.

Sonra İqtisadiyyat İnstitutunun şöbə müdiri, professor Tərbiz Əliyevin moderatorluğu ilə məruzələr ətrafında geniş müzakirələr aparılıb, çıxışlar olub, təkliflət səsləndirilib.

AZƏRTAC

VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər?