12 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Mərkəzi Bankın qiymətli kağızlarının yerləşdirilməsi şərtlərinə yenidən baxıla bilər

İnflyasiyanın daxili və xarici mühitində müşahidə olunan risklərə reaksiya olaraq Azərbaycan Mərkəzi Bankı (AMB) antiinflyasiya xarakterli pul siyasətini davam etdirir.

AMB-dən “vergiler.az”a verilən məlumata görə, eyni zamanda inflyasiyaya təsir imkanlarını artırmaq üçün pul siyasətinin əməliyyat çərçivəsi davamlı şəkildə təkmilləşdirilir.

Aparılan təhlillər göstərir ki, monetar şəraiti və bank sisteminin likvidliyini effektiv tənzimləmək, banklararası pul bazarını daha da aktivləşdirmək, faiz dəhlizinin bu bazarda formalaşan qısamüddətli faizlərə təsirlərini gücləndirmək və manatın qısamüddətli gəlirlik əyrisinin qurulması məqsədilə Mərkəzi Bankın notlarının yerləşdirilməsi üzrə hərracların davam etdirilməsi məqsədəuyğundur.

Not hərraclarında rəqabəti artırmaqla müxtəlif müddətlər (1/3/6/9 ay) üzrə gəlirlik əyrisinin formalaşmasına şərait yaratmaq, qısamüddətli pul bazarında aktivliyi dəstəkləmək üçün notlar üzrə investor bazası genişləndirilib, notların yerləşdirilməsi şərtlərinə dəyişikliklər edilib. Qərara alınıb ki, banklarla yanaşı qeyri-neft və qeyri-dövlət sektorunda fəaliyyət göstərən rezident kommersiya hüquqi şəxsləri də (maliyyə və sığorta fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər istisna edilməklə) müəyyən limitlər tətbiq etməklə notlara sahib olmaq hüququ əldə etsinlər. Limitlər bankların likvidlik mövqeyində və qiymətli kağızlar bazarının müxtəlif seqmentlərində kəskin dəyişikliklərə yol verməmək məqsədilə tətbiq edilir. Qisamüddətli notların həcminin genişləndirilməsi investorların sayını artırmaqla qiymətli kağızlar bazarında aktivliyə müsbət təsir göstərəcək.

Mərkəzi Bank notların investor bazasının genişləndirilməsinin nəticələrini davamlı təhlil edəcək. Pul bazarında gedən proseslərdən və Mərkəzi Bankın pul siyasəti hədəflərinə nail olunması vəziyyətindən asılı olaraq Mərkəzi Bankın qiymətli kağızlarının yerləşdirilməsi şərtlərinə yenidən baxıla bilər.

Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir? VergiVergi uçotunda olmayan fiziki şəxsdən əsas vəsaitin alışını elektron alış aktı ilə rəsmiləşdirmək mümkündürmü? VergiQeyri-rezidentə ödənilən xidmət haqqından hansı vergilər tutulur? VergiNaxçıvandakı fərdi sahibkara hansı formada vergi güzəştləri tətbiq edilir? VergiYerli qrantlar hesabına idxal olunan mallara görə ƏDV necə hesablanıb tutulur? VergiSuvenir və qızıl satışı ilə məşğul olan fiziki şəxs sadələşdirilmiş vergi ödəyicisi ola bilərmi? VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu? VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi? VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi?