28 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“Dayanıqlı inkişaf üçün texnologiyalar: 4Sİ texnologiyaları və bulud həlləri”

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) və Türkiyənin “Bulutistan” şirkətinin birgə təşkilatçılığı ilə “Dayanıqlı inkişaf üçün texnologiyalar: 4Sİ texnologiyaları və bulud həlləri” mövzusunda tədbir keçirilib.

Qurumdan “vergiler.az”a verilən məlumata görə, tədbirdə kibertəhlükəsizlik məsələləri, müxtəlif sahələrdə bulud texnologiyalarının tətbiqi, Azərbaycan və Türkiyə arasında bulud texnologiyaları sahəsində təcrübə mübadiləsinin aparılması barədə müzakirələr aparılıb.

Tədbir çərçivəsində “Hökumət buludu və bulud xidmətləri”, “Maliyyə və təhlükəsizlik”, “4Sİ texnologiyaları və bulud həlləri” və “4Sİ ekosisteminin təmin edilməsi” mövzularında panel sessiyalar keçirilib. Dövlət qurumlarının, elm və təhsil müəssisələrinin, özəl sektorun nümayəndələrinin və mütəxəssislərin, eləcə də Türkiyənin 4Sİ texnologiyalarını tətbiq edən qabaqcıl şirkətlərinin iştirak etdiyi sessiyalarda bulud həlləri və bu həllərdən istifadənin üstünlükləri qeyd olunub, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Tədbir çərçivəsində, həmçinin, 4Sİ ekosisteminin dəstəklənməsi məqsədilə “Bulutistan” şirkəti KOBİA tərəfindən startap şəhadətnaməsi verilmiş 4 sahibkara 5 ay müddətində ödənişsiz bulud xidmətləri təqdim edib.

Qeyd edək ki, 4SİM ilə Türkiyənin “Bulutistan” şirkəti arasında ötən il əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Memorandumun məqsədi 4Sİ texnologiyalarının tətbiqinin sürətləndirilməsi, rəqəmsal iqtisadiyyatın inkişafına töhfə vermək, innovasiyaları stimullaşdırmaq, bulud xidmətlərindən istifadəni təşviq etməkdir.

VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu? Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir?