24 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
“Azərbaycanda rəqabət hüququnun praktiki məsələləri” mövzusunda təlim keçirilib

“Azərbaycanda rəqabət hüququnun praktiki məsələləri” mövzusunda təlim keçirilib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti (AİBNDX) Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının Biznes Hüququ Komitəsi, Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) birgə təşkilatçılığı ilə biznes hüququ ilə məşğul olan vəkillər və hüquqşünaslar üçün təlim keçirilib.

Xidmətdən “vergiler.az”a verilən məlumata görə, “Azərbaycanda rəqabət hüququnun praktiki məsələləri” mövzusunda keçirilən təlimdə ümumilikdə 60-dan çox şəxs iştirak edib.

Təlimdə Dövlət Xidmətinin nümayəndələri təbii inhisarlar, haqsız rəqabət və reklam qanunvericiliyinə nəzarət, antiinhisar nəzarəti sahələrində Dövlət Xidmətinin gördüyü işlər barədə iştirakçıları məlumatlandırıb. Tədbirdə həmçinin Dövlət Xidmətinin müvafiq sahələrdə mövcud praktikası və məhkəmə təcrübəsi əsasında müzakirələr aparılıb.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?