28 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Səudiyyə Ərəbistanı-Azərbaycan Birgə İşgüzar Şurasının ilk iclası keçirilib

Ər-Riyad şəhərində Səudiyyə Ərəbistanı-Azərbaycan Birgə İşgüzar Şurasının ilk iclası keçirilib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) “vergiler.az”a verilən məlumata görə, iclasda hər iki ölkədən rəsmi şəxslər və iş adamları iştirak ediblər.

Tədbir çərçivəsində KOBİA və AZPROMO tərəfindən ölkənin biznes və investisiya imkanları, ixrac potensialı, yerli və xarici iş adamlarına göstərilən dəstək və xidmətlər, eləcə də Azərbaycan iş adamları tərəfindən biznes və ticarət sahəsində əməkdaşlıq perspektivləri barədə təqdimatlar keçirilib.

Səudiyyə Ərəbistanının İnvestisiya Nazirliyi və İxracın İnkişafı İdarəsi tərəfindən isə bu ölkənin investisiya potensialına, iş adamları üçün yaradılan imkanlara və istehsal olunan məhsul və xidmətlərə dair təqdimatlar keçirilib.

Tədbirdən sonra təşkil olunan “B2B” görüşlərdə hər iki ölkənin KOB-ları arasında məlumat və təcrübə mübadiləsi, əməkdaşlıq imkanları, birgə tədbirlərin və görüşlərin, qarşılıqlı biznes missiyaların təşkili kimi məsələlər müzakirə edilib.

VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu?