27 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

BƏƏ ilə birgə əməkdaşlıq üçün geniş imkanlar var

İqtisadiyyat naziri Mikayıl Cabbarov və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi Limanlar Qrupunun (“AD Ports”) baş icraçı direktoru Məhəmməd Cuma Əl-Şamisi arasında onlayn görüş keçirilib.

Nazirlikdən “vergiler.az”a verilən məlumata görə, görüşdə Azərbaycan-BƏƏ iqtisadi əməkdaşlığının müxtəlif istiqamətlər üzrə yüksələn xətlə inkişaf etdiyi, xüsusilə ticarət, investisiya və digər sahələrdə uğurlu tərəfdaşlıq münasibətlərinin olduğu vurğulanıb. İqtisadi-ticarət əlaqələrinin inkişafında hər iki tərəfdən birgə təşəbbüslərin mühüm rolu qeyd edilib və bu baxımdan “AD Ports”un yeni əməkdaşlıq münasibətlərinin qurulması yönündə səyləri müsbət qiymətləndirilib.

Diqqətə çatdırılıb ki, işğaldan azad edilmiş ərazilərimizdə, həmçinin Xəzər dənizi hövzəsində həyata keçirilən layihələr üzrə birgə əməkdaşlıq üçün geniş imkanlar var və bu sahədə işgüzar dairələrin fəal iştirak etməsi önəmlidir.

Görüşdə “AD Ports” ilə ölkəmiz arasında əməkdaşlıq perspektivləri, nəqliyyat-logistika, biznes və investisiya imkanları barədə fikir mübadiləsi aparılıb.

BƏƏ-nin Əbu-Dabi İnkişaf Holdinqinə məxsus olan “AD Ports” şirkəti 2006-cı ildə yaradılıb, dənizçilik, limanlar, iqtisadi və azad ticarət zonaları, logistika, rəqəmsal həllər istiqamətləri üzrə fəaliyyət göstərir. Regionun logistika, sənaye və ticarət sahələri üzrə əsas vasitəçilərindən olan “AD Ports” şirkəti Orta Dəhliz ölkələri ilə fəal əməkdaşlıq edir.

VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu? Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir? VergiVergi uçotunda olmayan fiziki şəxsdən əsas vəsaitin alışını elektron alış aktı ilə rəsmiləşdirmək mümkündürmü?