20 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

1000-dən çox KOB subyektinə təlim və məsləhət xidməti göstərilib

KOB subyektlərinin biznes biliklərinin artırılması və sahibkarlığa dair məlumatlılıq səviyyəsinin yüksəldilməsi məqsədilə cari ilin yanvar-mart ayları ərzində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən 69 təlim təşkil olunub.

KOBİA-dan “vergiler.az”a verilən məlumata görə, təlimlərdən 825 KOB subyekti və biznesə başlamaq istəyən şəxs yararlanıb.

Təlimlər KOB-ların təlim ehtiyaclarına uyğun olaraq, əsasən, satış, marketinq, mühasibatlıq, işçi heyətinin idarə edilməsi, brendləşmə, biznesdə innovasiyaların tətbiqi, biznes planın hazırlanması, layihələrin idarə olunması və digər mövzuları əhatə edir.

Bu dövrdə 243 sahibkarlıq subyektinə biznesin qurulması və inkişaf etdirilməsi üzrə məsləhət xidməti göstərilib.

Agentlik tərəfindən həmçinin 47 biznes planın hazırlanması üçün müvafiq dəstək təmin edilib.

KOBİA tərəfindən göstərilən təlim və məsləhət xidmətləri ödənişsizdir.

VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu? Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir? VergiVergi uçotunda olmayan fiziki şəxsdən əsas vəsaitin alışını elektron alış aktı ilə rəsmiləşdirmək mümkündürmü? VergiQeyri-rezidentə ödənilən xidmət haqqından hansı vergilər tutulur? VergiNaxçıvandakı fərdi sahibkara hansı formada vergi güzəştləri tətbiq edilir? VergiYerli qrantlar hesabına idxal olunan mallara görə ƏDV necə hesablanıb tutulur?