18 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Gömrük xətti ilə büdcə daxilolmaları 25 faizdən çox artıb

Bu ilin yanvar-mart ayları ərzində Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 1 544 970,0 min manat daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 25,4 faiz çoxdur.

"vergiler.az"ın Komitənin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalara görə, hesabat dövründə dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 21 faiz artaraq 366 081,9 min manat təşkil edib. ƏDV üzrə daxilolmalar isə 26,2 faiz artaraq 1 120 934,3 min manata bərabər olub.

Aksizlər üzrə cari ilin ilk üç ayında daxilolmalar 50,7 faiz artaraq 43 988,4 min manat təşkil edib.

Yol vergisi üzrə daxilolmaların həcmi 13 965,4 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövründə qeydə alınan göstəricidən 15,1 faiz çoxdur.

Bu ilin mart ayında Komitənin xətti ilə dövlət büdcəsinə 536 080,8 min manat həcmində vergi və rüsumlar daxil olub ki, bu da 2022-ci ilin eyni ayı ilə müqayisədə 30,4 faiz, bu ilin fevral ayı ilə müqayisədə isə 6,7 faiz çoxdur.

Martda dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin eyni ayı ilə müqayisədə 16,2 faiz artaraq 124 154,2 min manat olub. Fevral ayı ilə müqayisədə isə bu göstərici 3,4 faiz artıb.

Bununla yanaşı, cari ilin mart ayı ərzində ƏDV üzrə daxilolmalar ötən ilin eyni ayı ilə müqayisədə 35,7 faiz artaraq 392 526,4 min manat (bu ilin fevral ayı ilə müqayisədə 8,2 faiz çox), aksizlər üzrə 26,3 faiz artaraq 14 227,9 min manat (fevral ilə müqayisədə 4,6 faiz az), yol vergisi üzrə daxilolmalar isə 38 faiz artaraq 5 172,3 min manat (fevral ilə müqayisədə 18,9 faiz çox) təşkil edib.

Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri