26 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Tranzit yük daşımalarının həcmi artırılacaq

Dəmir yolu ilə tranzit daşımalarının həcminin artırılması məqsədilə 303 platforma vaqon və 18 drezin alınaraq ölkəyə çatdırılıb.

‘’Azərbaycan Dəmir Yolları’’ QSC-dən “vergiler.az”a verilən məlumata görə, yeni nəsil drezinlər yol təsərrüfatı, elektrik təchizatı, habelə işarəvermə sahəsində təmir-tikinti işlərinin çevik aparılmasına, infrastrukturun saz vəziyyətdə saxlanılmasına, bununla da hərəkətin təhlükəsizliyinə töhfə verəcək.

Yeni alınan 303 platforma vaqonu isə tranzit daşımaları, xüsusilə Şərq-Qərb istiqamətində yük daşımaların həcminin artırılmasına geniş imkanlar açacaq.

Qeyd edək ki, cari ilin yanvar-mart aylanında ADY tərəfindən 4,44 milyon tondan çox yük daşınıb ki, bu da bir il öncəki göstəricini 17 faiz üstələyir. Ötən ilin birinci rübündə QSC tərəfindən 3,8 milyon tondan çox yük daşınıb.

VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu? Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir? VergiVergi uçotunda olmayan fiziki şəxsdən əsas vəsaitin alışını elektron alış aktı ilə rəsmiləşdirmək mümkündürmü?