17 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Moldova ilə aqrar sahədə birgə müəssisələr yaradıla bilər

Moldova və Azərbaycan aqrar-sənaye sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

"vergiler.az"ın Moldova mətbuatına istinadən verdiyi məlumata görə, bu məsələyə Kişinyovda Kənd Təsərrüfatı və Qida Sənayesi Nazirliyinin baş katibi Serjiu Gerçunun Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov ilə görüşü çərçivəsində baxılıb.

Əməkdaşlığın əhəmiyyətini vurğulayan S.Gerçu aqrar sahədə birgə layihələr hazırlamağa hazır olduqlarını bildirib. “Bizim üçün istənilən bazara çıxmaq uğurdur. Xüsusən də indi, Moldovanın Avropa İttifaqına namizəd ölkə statusunun olduğu bir vaxtda. İqtisadi agentlər məhsulların keyfiyyətinə və təhlükəsizliyinə diqqət yetirirlər, buna görə də ixrac potensialı artır”, - deyə nazirliyin baş katibi qeyd edib.

Öz növbəsində X.Xələfov Azərbaycanın Moldova ilə ticarət əlaqələrinin qurulmasına açıq olduğunu bildirib. “Biz bu əməkdaşlığa yeni təkan vermək istəyirik. Bizim üçün Moldova kifayət qədər cəlbedicidir, çünki siz Aİ ilə sərhəddəsiniz, ona görə də biz birgə müəssisələr yarada bilərik. Kənd təsərrüfatı prioritetdir, bu sahəyə çoxlu sərmayə qoymaq olar”, - X.Xələfov vurğulayıb.

İqtisadi əlaqələrin genişləndirilməsi istiqamətində növbəti addımlar Moldova-Azərbaycan hökumətlərarası komissiyası çərçivəsində müəyyən ediləcək.

2022-ci ildə Moldova ilə Azərbaycan arasında ikitərəfli ticarətin həcmi 11,3 milyon dollar təşkil edib ki, bu da demək olar ki, 2021-ci ilin səviyyəsindədir. Hazırda Moldovada 115 Azərbaycan şirkəti qeydiyyatdan keçib.

VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu? Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir? VergiVergi uçotunda olmayan fiziki şəxsdən əsas vəsaitin alışını elektron alış aktı ilə rəsmiləşdirmək mümkündürmü? VergiQeyri-rezidentə ödənilən xidmət haqqından hansı vergilər tutulur? VergiNaxçıvandakı fərdi sahibkara hansı formada vergi güzəştləri tətbiq edilir? VergiYerli qrantlar hesabına idxal olunan mallara görə ƏDV necə hesablanıb tutulur? VergiSuvenir və qızıl satışı ilə məşğul olan fiziki şəxs sadələşdirilmiş vergi ödəyicisi ola bilərmi? VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu?