27 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Tacikistanla Azərbaycanın əməkdaşlığı dərinləşir

Azərbaycanla Tacikistan arasında iqtisadi münasibətlərin dərinləşməsi ölkə iqtisadiyyatının şaxələndirilmiş inkişafı, qeyri-neft sektorunun satış bazarlarının inkişaf etdirilməsi kontekstində Azərbaycan üçün perspektivlər açır. Bu fikri iqtisadçı ekspert, professor Elşad Məmmədov “vergiler.az”a açıqlamasında bildirib. O, deyib ki, ixracatımızın daha çox qeyri-neft, qeyri-xammal ixracı ilə zənginləşdirilməsinin zəruri olduğunu görürük:

“Ona görə də qeyri-neft sektorunun inkişafı bu gün Azərbaycanda prioritet kimi qəbul olunub. Bu, Azərbaycana yaxın olan Tacikistan kimi bazarlarda işləmək üçün perspektivlər vəd edir. Düşünürəm ki, regional iqtisadi əməkdaşlığın dərinləşməsi, iqtisadi inteqrasiyanın inkişafı xarici iqtisadi siyasətimizdə prioritet olmalıdır və qonşu dövlətlərlə əməkdaşlığımız, ilk növbədə, yüksək texnoloji sektorun inkişafına dəstək verməli, həm kənd təsərrüfatı, də həm sənaye ilə bağlı istiqamətləri əhatə etməlidir”.

E.Məmmədov hesab edir ki, insan kapitalı, təhsil, səhiyyə ilə bağlı məsələlərdə Tacikistanla Azərbaycanın əməkdaşlığı dərinləşməlidir. “Bundan əlavə, iri sahibkarlıq müəssisələri ilə yanaşı, kiçik və orta sahibkarlığın da inkişafı istiqamətində region ölkələri ilə əməkdaşlığımızı dərinləşdirməliyik. Bu baxımdan, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Tacikistanın müvafiq qurumu arasında imzalanmış saziş kiçik və orta sahibkarlığın dəstəklənməsi, stimullaşdırılması nöqteyi-nəzərdən müsbət nəticələr vəd edir”, - E.Məmmədov vurğulayıb.

VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu? Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir? VergiVergi uçotunda olmayan fiziki şəxsdən əsas vəsaitin alışını elektron alış aktı ilə rəsmiləşdirmək mümkündürmü?