10 Oktyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Faydalı qazıntı yataqlarının istifadəsi üzrə növbəti hərrac keçirilib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən faydalı qazıntı yataqlarının istifadəyə verilməsi üzrə hərracların təşkili davam etdirilir.

Xidmətdən “vergiler.az”a verilən məlumata görə, faydalı qazıntı yataqlarının istifadəyə verilməsi ilə bağlı keçirilən növbəti hərracda Abşeronda yerləşən “Qobu” gil və “Güzdək” əhəngdaşı yataqlarının hər birinin 5 hektar sahəsi, Ağdamda olan “Qarqarçay” qum-çınqıl yatağının 5 hektar, Şəmkirdəki “Alabaşlı” hematit yatağının 5,34 hektar, Göygöldə “Qızılca” plagioporfir yatağının 3 hektar, Qubada “Qorxmazoba” qum-çınqıl yatağının 25 hektar, Ağcabədidə “Şahmalı” qum-çınqıl yatağının isə 2 hektar sahəsi istifadəyə verilib.

Hərracda investorların fəallığı müşahidə edilib. Belə ki, “Qorxmazoba” qum-çınqıl yatağının LOT-1 və LOT-2 üzrə keçirilən hərracı olduqca rəqabətli olub. LOT-1 üzrə edilən ən son təklif 18 000 manatdan 500 000 manata, LOT-2 üzrə isə 18 000 manatdan 135 000 manata yüksəlib.

Hərrac yolu ilə istifadəyə verilən faydalı qazıntı yataqlarının siyahısı ilə Xidmətin səhifəsindən tanış olmaq olar: https://clck.ru/344ecR

VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu? VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur? VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır?