20 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan-Britaniya Hökumətlərarası Komissiyasının növbəti iclası keçiriləcək

Bu il Bakıda keçirilməsi nəzərdə tutulan Azərbaycan-Britaniya Hökumətlərarası Komissiyasının növbəti iclasına dair fikir mübadiləsi aparılıb.

Energetika Nazirliyindən “vergiler.az”a verilən məlumata görə, qeyd olunan məsələyə nazir müavini Samir Vəliyevlə Böyük Britaniya Parlamentinin İcmalar Palatasının üzvü, Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Bob Bləkmənin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş zamanı toxunulub.

Görüşdə enerji sahəsində əməkdaşlıq əlaqələrinin əhəmiyyəti və "bp" şirkətinin ölkənin energetika sektorunda fəaliyyəti qeyd edilib. Şirkət tərəfindən Cəbrayıl rayonunda tikiləcək 240 MVt gücündə günəş elektrik stansiyası layihəsinin bu ərazilərin “yaşıl enerji zonası” kimi inkişafına töhfə verəcəyi ifadə olunub.

Söhbət zamanı, həmçinin, Cənub Qaz Dəhlizinin genişləndirilməsi, təbii qaz təchizatı sahəsində Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolundan bəhs edilib.

Dənizdə külək enerjisi, “yaşıl hidrogen”, enerji səmərəliliyi, karbon emissiyalarının azaldılması və digər sahələrdə əməkdaşlıq imkanları nəzərdən keçirilib.

VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu? Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir? VergiVergi uçotunda olmayan fiziki şəxsdən əsas vəsaitin alışını elektron alış aktı ilə rəsmiləşdirmək mümkündürmü? VergiQeyri-rezidentə ödənilən xidmət haqqından hansı vergilər tutulur? VergiNaxçıvandakı fərdi sahibkara hansı formada vergi güzəştləri tətbiq edilir? VergiYerli qrantlar hesabına idxal olunan mallara görə ƏDV necə hesablanıb tutulur? VergiSuvenir və qızıl satışı ilə məşğul olan fiziki şəxs sadələşdirilmiş vergi ödəyicisi ola bilərmi?