14 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

ABŞ ilə iqtisadi-ticarət əməkdaşlığı müzakirə olunub

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev ABŞ-nin ticarət katibinin qlobal bazarlar üzrə köməkçisi Arun Venkataramanla görüşündə ABŞ ilə iqtisadi-ticarət tərəfdaşlığının inkişafını qeyd edib. İqtisadiyyat Nazirliyindən “vergiler.az”a verlən məlumata əsasən, bildirilib ki, iki ölkənin biznes dairələrinin iştirakı ilə ticarət missiyalarının və işgüzar görüşlərin keçirilməsi iqtisadi əlaqələrin şaxələndirilməsinə stimul verir. Elnur Əliyev Bakıda ABŞ-Azərbaycan “Yaşıl” Enerji Forumunun təşkilinin iki ölkə arasında investisiya qoyuluşlarının həcminin artırılması və bərpa olunan enerj sahəsində ABŞ təcrübəsinin tətbiqi baxımından əhəmiyyətinə toxunub. Azərbaycanın bu sahədə artıq dünyanın aparıcı şirkətləri ilə uğurlu əməkdaşlıq nümunələrinin olduğunu diqqətə çatdırıb.

Nazirin birinci müavini ölkəmizin təşəbbüskarı və iştirakçısı olduğu regional və qlobal əhəmiyyətli layihələr barədə danışıb. Qeyd edilib ki, enerji sahəsində ABŞ-la uğurlu əməkdaşlığımız var. Bununla belə, iqtisadi-ticarət əlaqələrinin şaxələndirilməsi baxımından, xüsusilə kənd təsərrüfatı, logistika, nou-hau və s. sahələrin böyük potensialı mövcuddur. Görüşdə ölkəmizin ABŞ üçün tranzit əhəmiyyəti vurğulanıb, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) potensialının daha da genişləndirilməsi üçün birgə səylərin vacibliyi qeyd edilib.

Diqqətə çatdırılıb ki, ABŞ Azərbaycan iqtisadiyyatına 18 mlrd. dollardan çox investisiya yatırıb. ABŞ-Azərbaycan Ticarət Palatası investisiya əməkdaşlığının inkişafı, ikitərəfli işgüzar əlaqələrin qurulması üçün səmərəli mexanizmdir. Bu il Birləşmiş Ştatlara təşkili nəzərdə tutulan ticarət missiyası da biznes subyektləri arasında əlaqələrin dərinləşdirilməsinə xidmət edəcəkdir.

Arun Venkataraman ABŞ şirkətlərinin Azərbaycanda həyata keçirilən layihələrdə iştirak etmək niyyətini ifadə edib, iqtisadi əlaqələrin genişləndirilməsi istqamətləri barədə fikirlərini bölüşüb. Bunun üçün şirkətlər arasında işgüzar dialoqun intensivləşdirilməsinin vacibliyi vurğulanıb.

Görüşdə ticarət və investisiya əlaqələrinin təşviqi, enerji diversifikasiyası, texnologiyaların transferi, logistika, “yaşıl” enerji və rəqəmsal iqtisadiyyat sahələri üzrə əməkdaşlıq istiqamətləri müzakirə edilib.

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?