25 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Çexiya ilə iqtisadi əməkdaşlıq imkanları araşdırılıb

Çexiya ilə iqtisadi əməkdaşlıq imkanları araşdırılıb

Azərbaycan və Çexiya arasında ticarət dövriyyəsinin artması üçün atılacaq addımlar araşdırılıb.

“Caspian Energy Club”dan “vergiler.az”a verilən məlumata görə, qeyd edilən məsələyə dair müzakirələr Çexiyada təşkil olunan 13-cü beynəlxalq “Caspian Energy Investment” forumu çərçivəsində aparılıb.

Tədbirdə, həmçinin, hər iki ölkə və “Caspian Energy Club”un fəaliyyət göstərdiyi digər ölkələrə sərmayə yatırmaq istəyən çex şirkətləri üçün imkanlar araşdırılıb.

Forumda dövlət qurumları, habelə Çexiyada akkreditə olunmuş diplomatik və beynəlxalq missiyaların 200-dən çox nümayəndəsi, o cümlədən Xəzər-Qara dəniz regionu ölkələrinin dövlət və özəl şirkətlərinin top-menecerləri iştirak ediblər.

Tədbir çərçivəsində təşkil olunan panellər Çexiyanın inkişaf modelinə, Avropa ölkələri ilə türkdilli ölkələrin işgüzar dairələri arasında əməkdaşlıq məsələlərinə, regionda aparılan iqtisadi islahatlara və yeni investisiya imkanlarına həsr olunub.

Forumda çıxış edən İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun icraçı direktorunun müşaviri Sevil Yəhyayeva Azərbaycanın qeyri-neft sektorunun potensialı, işğaldan azad olunan ərazilərdə, o cümlədən sənaye parklarında investorlar üçün yaradılan imkanlar və güzəştlər barədə məlumat verib. Çexiya şirkətləri işğaldan azad olunan ərazilərdə “Ağıllı kənd”, “Ağıllı şəhər”, habelə bərpa olunan enerji və nəqliyyat sektorlarında reallaşdırılan müxtəlif layihələrdə iştirak etməyə dəvət olunublar.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyəti sədrinin müşaviri Zaur Qardaşov KOBİA-nın fəaliyyət istiqamətləri barədə geniş məlumat verib, ölkədə sahibkarlığın inkişafı və biznes mühitin yaxşılaşdırılması ilə bağlı görülən işləri tədbir iştirakçılarının diqqətinə çatdırıb. Ölkəyə xarici investisiyaların cəlb edilməsi üçün yaradılan əlverişli imkanlar və prioritet sahələr barədə danışan Z.Qardaşov Azərbaycanın işğaldan azad olunan ərazilərində investisiya layihələrinin icrası ilə bağlı KOBİA tərəfindən müraciətlərin qəbul edildiyini diqqətə çatdırıb.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?