23 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan və Rusiya arasında regionlararası əlaqələrin inkişaf dinamikası müzakirə olunub

İqtisadiyyat Nazirliyində Rusiya Federasiyası Prezidentinin müşaviri Ruslan Edelgeriyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Nazirlikdən “vergiler.az”a verilən məlumata görə, görüşdə nazir Mikayıl Cabbarov Rusiya Federasiyası ilə əlaqələrin müsbət inkişaf dinamikasını vurğulayıb, iqtisadi potensialın reallaşdırılmasında, ticarət və investisiya əlaqələrinin gücləndirilməsində işgüzar dairələr arasında tərəfdaşlığın intensivləşdirilməsinin önəmini qeyd edib. Bildirilib ki, Azərbaycanın əlverişli biznes və investisiya mühiti, işğaldan azad edilmiş torpaqlarımızın geniş potensialı regional əməkdaşlığın, o cümlədən Rusiya Federasiyası ilə tərəfdaşlığın inkişafı üçün yeni perspektivlər açır. Rusiya investorları, həmçinin, beynəlxalq dəhlizlərin kəsişməsində yerləşən Ələt Azad İqtisadi Zonasının nəqliyyat və logistika imkanlarından yararlana bilərlər. Nəqliyyat əlaqələrinin səmərəliliyin yüksəldilməsinin ikitərəfli əmtəə dövriyyəsinin artımında xüsusi rolunu vurğulayan iqtisadiyyat naziri bu baxımdan Şimal-Cənub beynəlxalq nəqliyyat marşrutunun resurslarından istifadənin əhəmiyyətini diqqətə çatdırıb.

Ölkəyə səfərindən məmnunluğunu ifadə edən Ruslan Edelgeriyev Rusiya Federasiyasının Azərbaycanla tərəfdaşlığa xüsusi önəm verdiyini, özəl sektorun fəallığının artırılmasının qarşılıqlı faydalı inkişafda rolunu qeyd edib, iqtisadi potensialın reallaşdırılmasına dair fikirlərini bölüşüb. Rusiyanın Xarici İşlər Nazirliyinin və Azərbaycandakı səfirliyinin, Ticarət Nümayəndəliyinin, Çeçenistan Respublikasının “Birincilərin hərəkatı” Ümumrusiya Dövlət Uşaq və Gənclər ictimai hərəkatının regional şurasının təmsilçilərinin də iştirak etdiyi görüşdə müxtəlif sosial-iqtisadi layihələrin həyata keçirilməsi imkanları nəzərdən keçirilib.

Tərəflər, həmçinin, Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlığın diversifikasiyasına, qarşılıqlı ticarətin həcmindəki dinamizmin qorunub saxlanılması üçün görüləcək işlərə, regionlararası, turizm və digər sahələrdə əlaqələrin inkişafına dair müzakirələr aparıblar.

VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu? Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir? VergiVergi uçotunda olmayan fiziki şəxsdən əsas vəsaitin alışını elektron alış aktı ilə rəsmiləşdirmək mümkündürmü? VergiQeyri-rezidentə ödənilən xidmət haqqından hansı vergilər tutulur?