16 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Hebert Molina: “Venesuela və Azərbaycan əməkdaşlıq proqramlarını genişləndirmək niyyətindədirlər”

Venesuela və Azərbaycan mühüm geostrateji mövqeyi ilə bir-birini tamamlayan, böyük həcmdə təbii enerji ehtiyatlarına malik dövlətlərdir. Bunu “vergiler.az”a beynəlxalq əlaqələr üzrə venesuelalı ekspert, davamlı inkişaf sahəsində müşavir Ebert Molina deyib.

Onun sözlərinə görə, hər iki ölkə üçün ən böyük qarşılıqlı əlaqələr üzrə potensialı olan sahə enerji sektorudur.

“Hesab edirəm ki, indiyədək bu sahədə ikitərəfli əməkdaşlıq gündəmi çox dinamik olub və əməkdaşlığın genişlənməsi hər iki ölkənin təsdiqlədiyi rəsmi sazişlərdə öz əksini tapıb. Əməkdaşlığın yeni mərhələsində texnologiya mübadiləsini vurğulamaq vacibdir.

OPEC+ təşkilatında hər iki ölkə enerji potensialından istifadə etmək və qarşılıqlı iqtisadi artıma aparan əməkdaşlığı inkişaf etdirmək üçün platforma rolunu oynaya biləcək kanallar hazırlayıb”, - ekspert qeyd edib.

O, bildirib ki, hər iki dövlətin başçıları energetika sahəsinə işgüzar dairələri cəlb etməklə əməkdaşlığın əhatəsini genişləndirmək niyyətində olduqlarını vurğulayıblar. Bu, iqtisadiyyatın bütün iştirakçıları arasında yaxınlaşma proseslərini aktivləşdirə bilən çox maraqlı yanaşmadır.

“İşlərin gedişatının mənzərəsi onu göstərir ki, düzgün idarə olunmaqla hər iki xalqa böyük fayda verə biləcək müsbət struktur formalaşır”, - Ebert Molina vurğulayıb.

Tamilla MƏMMƏDOVA

Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir?