24 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Qao Yuanyuan: “Yeni və bərpa olunan enerji mənbələri sahəsində Çin-Azərbaycan əməkdaşlığı möhtəşəm uğurlar əldə edib”

Qao Yuanyuan: “Yeni və bərpa olunan enerji mənbələri sahəsində Çin-Azərbaycan əməkdaşlığı möhtəşəm uğurlar əldə edib”

Azərbaycan “Bir kəmər, bir yol” təşəbbüsünün (KYT) birgə təşviqinə qoşulan və bu təşəbbüsdə fəal iştirak edən ilk ölkələrdəndir. Bunu “vergiler.az”a Çin Beynəlxalq İqtisadi Əməkdaşlıq Assosiasiyasının prezidenti xanım Qao Yuanyuan bildirib.

O, qeyd edib ki, Azərbaycanın ümummilli lideri Heydər Əliyev tərəfindən hələ 1998-ci ildə irəli sürülmüş “İpək Yolunun dirçəlişi” milli inkişaf strategiyası KYT ilə çox uyğundur. “Çin və Azərbaycan KYT çərçivəsində nəqliyyat, loqistika və anbar təsərrüfatı, liman tikintisi və elektron ticarət sahəsində əməkdaşlıq üçün geniş imkanlara malikdir”, - ekspert deyib.

Onun sözlərinə görə, COVID-19 pandemiyası zamanı Çin və Azərbaycan çoxillik dostluğu önə çəkərək bir-birinin yanında olub, bir-birinə kömək edib.

“Çin tərəfindən təqdim edilən epidemiya əleyhinə bəzi dərmanlar Azərbaycana Çin-Avropa Dəmir Yolu Ekspresi ilə gətirilib. Son illər Çin-Avropa Dəmir Yolu Ekspresi ilə Azərbaycan ərazisindən keçən tranzit qatarların sayı xeyli artıb”.

Ekspert vurğulayıb ki, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin reallaşdırılması Azərbaycanda tranzit daşımalarının imkanlarını və səviyyəsini xeyli artırır.

“Yeni və bərpa olunan enerji mənbələri sahəsində də Çin-Azərbaycan əməkdaşlığı möhtəşəm uğurlar əldə edib. Çin müəssisələri Azərbaycanda günəş və külək enerjisi layihələrini davamlı şəkildə həyata keçirirlər. Ekoloji amil “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində aparılan keyfiyyətli tikintinin əlamətdar xüsusiyyətinə çevrilir. Çin KYT çərçivəsində ətraf mühitin mühafizəsi konsepsiyasını gerçəkləşdirməyə, Azərbaycan tərəfi ilə “yaşıl iqtisadiyyat” sahəsində əməkdaşlığı daha da inkişaf etdirməyə, davamlı inkişaf yolunu axtarmağa və bəşəriyyət üçün ortaq gələcəyi olan cəmiyyətin qurulmasına birgə töhfə verməyə hazırdır ", - xanım Qao Yuanyuan deyib.

Tamilla MƏMMƏDOVA

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?