24 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan təbii bal idxalını azaldıb

2022-ci il ərzində Azərbaycana 538,7 min. ABŞ dolları dəyərində 98,9 ton təbii bal idxal edilib. "vergiler.az"ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu, 2021-ci ilin göstəricisi ilə müqayisədə dəyər ifadəsində 20,4 faiz, həcm ifadəsində isə 26,3 faiz azdır.

Bu kateqoriya məhsul üzrə ölkəyə dəyər ifadəsində ən çox idxal Rusiyadan olunub. Bu ölkədən ötən il 225,25 min dollar dəyərində 45,01 ton təbii bal idxal edilib ki, bu da 2021-ci ilin göstəricilərindən dəyər və həcm olaraq 19 faiz azdır.

Dəyər ifadəsində ikinci ölkə isə Türkiyə olub. Bu ölkədən Azərbaycana 215,37 min dollarlıq 38,85 ton bal tədarük edilib ki, bu da 2021-ci illə müqayisədə dəyər ifadəsində 2,3 faiz, həcm baxımından isə 22,9 faiz çoxdur.

Üçüncü yerdə olan İspaniyadan isə ölkəyə 48,65 min. dollar dəyərində 6,59 ton bal göndərilib. 2021-ci ilə nisbətdə bu ölkələrdən Azərbaycana bal tədarükü dəyər və həcm baxımından 44,1 və 89,3 faiz artıb.

Hesabat dövründə ümumilikdə Azərbaycana 11 ölkədən təbii bal idxal olunub.

Qeyd edək ki, ötən il ərzində Azərbaycandan cəmi 18,63 min dollar dəyərində 0,74 ton təbii bal ixrac edilib. İxracın həcmi illik ifadədə dəyər olaraq 2,8 dəfə və həcm baxımından isə 45,1 faiz artıb. Məhsul əsasən Belçika, İraq, Qətər və Yaponiyaya tədarük edilib.

Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı?