28 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İslam İnkişaf Bankı Qrupunun prezidenti Şuşaya səfər edib

Ölkəmizdə səfərdə olan İslam İnkişaf Bankı Qrupunun prezidenti Məhəmməd Süleyman Əl-Casirin rəhbərlik etdiyi nümayəndə heyəti Şuşaya səfər edib.

vergiler.az”ın məlumatına əsasən, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov Şuşada görülən cari işlər barədə qonaqlara məlumat verib.

Nümayəndə heyəti üçün işgaldan azad edilmiş ərazilərimizin iqtisadi potensialı, həyata keçirilən infrastruktur layihələri, sahibkarlar üçün tətbiq olunan güzəştlər barədə İqtisadiyyat Nazirliyinin nümayəndələri tərəfindən təqdimatlar edilib.

İslam İnkişaf Bankı Qrupunun prezidenti Məhəmməd Süleyman Əl-Casir Azərbaycanla birgə həyata keçirilən layihələrin ölkəmizdə iqtisadiyyatın, o cümlədən infrastrukturun inkişafı baxımından önəmini qeyd edib, əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialı vurğulayıb. Şuşaya səfərindən məmnunluğunu ifadə edən Məhəmməd Süleyman Əl-Casir görülən işləri yüksək qiymətləndirib, Bankın Şuşada həyata keçirilən layihələrə maraq göstərdiyini, investisiya sahəsində əməkdaşlığın həyata keçirilməsinin mümkünlüyünü qeyd edib.

Şuşaya səfər çərçivəsində İslam İnkişaf Bankı Qrupunun nümayəndə heyəti Şuşa şəhər meydanı, Xan qızı bulağı, Yuxarı Gövhər ağa Məscidi, Şuşa Qala divarları, Cıdır Düzü ilə tanış olub.

VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu? Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir?