19 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Ötən il antiinhisar və haqsız rəqabət halları üzrə 60 iş qaldırılıb

2022-ci ildə antiinhisar və haqsız rəqabət halları üzrə ümumilikdə 60 iş qaldırılıb, 48 işə baxılması başa çatdırılıb. Antiinhisar halları üzrə qaldırılan işlərin əksəriyyəti mobil telefon və qida məhsulları, haqsız rəqabət halları üzrə isə mühərrik yağlarının idxalı və ticarəti ilə məşğul olan sahibkarlıq subyektləri barədə olub.

"vergilər.az" xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli Xidmətin 2022-ci il üzrə fəaliyyətinin yekunlarına həsr olunan mətbuat konfransında çıxış edərkən deyib.

Qeyd olunub ki, nəticədə təqribən 6,5 milyon manata yaxın maliyyə sanksiyası tətbiq edilib.

2021-ci illə müqayisədə ötən il qaldırılan işlərin sayı 3 dəfə, baxılması başa çatmış işlərin sayı isə 2,2 dəfə artıb.

Antiinflyasiya tədbirləri çərçivəsində Dövlət Xidməti tərəfindən qarabaşaq, makaron, uzun düyü, mərci, zeytun yağı, marqarin, duz və çörək məhsullarının qiymətində artımlarla bağlı araşdırmalar aparılıb. Duz və qarabaşaq bazarı üzrə baxılması başa çatmış işlər nəticəsində 2 milyon manatadək mənfəətin dövlət büdcəsinə ödənilməsi barədə göstəriş verilib.

VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu? Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir? VergiVergi uçotunda olmayan fiziki şəxsdən əsas vəsaitin alışını elektron alış aktı ilə rəsmiləşdirmək mümkündürmü? VergiQeyri-rezidentə ödənilən xidmət haqqından hansı vergilər tutulur? VergiNaxçıvandakı fərdi sahibkara hansı formada vergi güzəştləri tətbiq edilir? VergiYerli qrantlar hesabına idxal olunan mallara görə ƏDV necə hesablanıb tutulur? VergiSuvenir və qızıl satışı ilə məşğul olan fiziki şəxs sadələşdirilmiş vergi ödəyicisi ola bilərmi?